SOCAR “STAR” media qrupundakı 50%-lik payını satır

yeni şəriki türkiyəli məşhur iş adamı olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” özünün “STAR” media qrupunda sahib olduğu payın 50%-nin satılmasına razılığa gəlib.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Türkiyə KIV-nə istinadən verdiyi məlumata görə, “SOCAR Turkey Enerji” şirkəti “Star Medya Yayıncılık”, “Star Medya Ajans”, “Star Matbaacılık” və “Dinamik Radyo” şirkətlərinin hər birinin hissələrinin 50%-nin “Rixos” mehmanxanalar şəbəkəsinin sahibi Fəttah Tamincəyə satacaq.

Məlumata görə, bu razılaşmaya Türkiyənin antiinhisar siyasətini həyata keçirən qurum tərəfində baxılacaq. Bununla bağlı artıq bu quruma müraciət də daxil olub.

SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev bildirib ki, şirkət beynəlxalq biznes şirkətidir və iqtisadi səmərəliliyindən asılı olaraq, təmsil etdiyi qurum müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır. Onun sözlərinə görə, bu, aktivlərin bazar qiymətinin dəyişkən olması və iqtisadi səmərəliliyi ilə əlaqədar məsələdir.

Ona da qeyd edək ki, bir müddət əvvəl “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bu məsələ ilə bağlı F. Tamincə ilə danışıqların aparıldığını təsdiq edib.

Türkiyədə bir çox layihələri reallaşdırdıqlarını deyən K. Yavuz bildirib ki, bu müddət ərzində media layihəsinin “SOCAR”ın fəaliyyətində erkən layihə olduğu qənaətinə gəlinib. Onun sözlərinə görə, bu mediaya sahib olduqları müddətdə ona kifayət qədər vaxt və zaman ayıra bilməyiblər:

“Türkiyənin ən böyük layihəsini həyata keçirdiyimiz üçün biz media layihələrdən çəkilməli olduq və bu layihələrdə daha böyük nəticələr əldə etmək fikrindəyik”.

Qeyd edək ki, “Star Media Group” “SOCAR Turkey Enerji” ilə bərabər F. Təmincə və Tövhid Karakayaya məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar