Liviyada "Vaqner"in 300 döyüşçüsü var - «The Telegraph»

«AzPolitika.info» xəbər verir ki, Britaniya KİV-i Liviyada Rusiyanın muzdlu döyüşçülərinin ehtimal edilən sayı barədə məlumat dərc ediblər.

«The Telegraph» qəzetinin məlumatna görə, ölkəyə Vaqner özəl hərbi şirkətinin (ÖHŞ) 300 nəfərə yaxın əməkdaşı gəlib. Bu şirkəti Peterburqdan olan restorator Yevgeni Priqojinlə əlaqələndirirlər, amma Priqojinin özü bunu inkar edir.

Qəzet əlavə edir ki, rusiyalı döyüşçülər Benqazidə yerləşiblər. Onlar general Xəlif Xaffarın köməyinə gəliblər. General Liviya mili ordusuna başçılıq edir.

Bu informasiyanı qəzetlə Britaniya hökumətindəki mənbə bölüşüb.

Rusiya tərəfi qəzetin dərc etdiyi bu məqaləyə hər hansı reaksiya verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar