Təbrizdən Azərbaycana daha bir dəstək - VİDEO, FOTOLAR

Fevralın 15-də Təbrizin "Traktor" klubu ilə Tehranın "İstiqlal" komandası üz-üzə gəlib. Gərgin keçən oyun təbrizlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musavat.com xəbər verir ki, "Traktor-İstiqlal" oyunundan sonra təbrizli azarkeşlər stadiondan çıxarkın şüarlar səsləndiriblər. 

Onminlərlə azarkeş bir ağızdan "Azərbaycan var olsun, istəməyən kor olsun", şüarı ilə yürüş ediblər.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb və böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Oyunu izləyənlər arasında jurnalist Kamal Almuradlı da olub. O, həmin anları görüntüyə alaraq, özünün feysbuk səhifəsində paylaşıb.

K. Almuradlı musavat.com-a bildirib ki, onminlərlə insan oyundan sonra Azərbaycana dəstək nümayiş etdirib: "Möhtəşəm mənzərə idi. 100 minə yaxın insan Azərbaycana dəstək şüarları səsləndirdilər".

Həmin görüntüləri təqdim edirik:

635x100

Şərhlər

DAVUD 2019-03-04 23:06:33

http://musavat.com/news/xameneyinin-qarabag-islam-torpagidir-fitvasinin-acmasi_596648.html.bu nə deməkdir.Azərbaycan islam ölkəsi olmasaydı deməyəcəkdi bu sözü?Qarabağ Azərbaycandir..

azeri 2019-03-04 23:06:33

.....Bu məmurlarin vezifesi olkeden maksimum migdarda vesait cixarmag,olkeni kut veziyyete salmagdir.Xarice geden pullarin cx migdari digalara gayidir.Gorun bizde hekim,muallim 180-250 manat maash alir ,diga 600 dollar,evler de tikirler,gesebeler de salirlar.T.....Digalara gaz da,neft de veriir.Subut var...

Son yazılar