Şevçenko Rusiya klubuna keçən futbolçunu milliyə çağırmayıb

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko Portuqaliya və Lüksemburq yığmaları ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlayıb.

"Report"un məlumatına görə, Ukrayna Futbol Federasiyasının rəsmi saytında dərc olunmuş siyahıda Donetsk "Şaxtyor"undan Rusiya "Zenit"inə transfer olunmuş Yaroslav Rakitski yer almayıb.

Daha əvvəl Şevçenko məsələ ilə bağlı açıqlamanı martın əvvəllərində verəcəyini bildirib: "Mən özüm üçün qərar vermişəm. Amma rəsmən martda açıqlayacağam".

Qeyd edək ki, Ukrayna yığması Portuqaliya ilə martın 22-də, Lüksemburqla isə martın 25-də qarşılaşacaq. Yaroslav Rakitski "Zenit"lə 2022-ci ilin yayınadək müqavilə bağlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar