Avropada Yanukoviç “ailəsi”nin milyard dolları “dondurulub”

Avropanın və Qərbin banklarında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və cə onun “ailəsi”nin ən azı 1 milyard dolları aşkar edilib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu vəsait artıq mühasirəyə alınıb.

Ekspertlərin fikrincə, oğurlanan bu pulu Ukraynaya qaytarmaq çox çətin olacaq, çünki Ukrayna məhkəmələri bu vəsaitin korrupsiya fırıldaqları ilə əldə edildiyini sübut etməlidirlər. “Dondurulan” hesablarla bağlı rəsmi rəqəmi ölkələrin əksəriyyəti açıqlamır, bunun bank sirri olduğunu iddia edirlər. Bununla belə bəzi ölkə bankları hesab sirrini açıqlayıblar: Avstriya – 6 milyon avro, Kipr – 1,5 milyon avro və 3 milyon dollar, Lixtenşteyn – 27 milyon İsveç frankı, Böyük Britaniya – 23 milyon dollar, İsveçrə - 137 milyon avro. Latviya da təsdiqləyib ki, bir neçə hesabla bağlı açıqlama verib, ancaq məbləğ deyilməyib. Almaniya isə belə hesabların olmadığı iddia edir.

Yaxınlarda Ukrayna İsveçdən Yanukoviçin “yuduğu” pulların qaytarılması üçün köməklik göstərilməsini xahiş edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar