Yunanıstan “erməni soyqırımını” inkar edənləri cəzalandırmaq fikrindədir

Yunanıstanın ədliyyə naziri Haralambos Athanasiu “İrqçilik Əleyhinə” adlı qanun layihəsinə uydurma erməni “soyqırımı” ilə bağlı maddənin salınacağını bildirib. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, maddədə “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutulacaq.

“Yunanıstan parlamentinin tanıdığı soyıqırımların pis niyyətlə inkarı və təhqir olunması cinayət hesab olunacaq”, - deyə ədliyyə naziri söyləyib.

Qeyd edək ki, sözügedən qanun layihəsi Yunanıstan parlamentinin avqust ayının 26-27-də keçiriləcək iclaslarında müzakirə olunacaq və səsə qoyulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar