PREZİDENT RASİM BALAYEVƏ ZƏNG VURUB - "Günah siyahı tutanlarda olub...."

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib.

Bu barədə “Report”a xalq artisti özü məlumat verib.

“Söhbətimiz mənim mədəniyyət və incəsənət xadimləri ilə ölkə başçısının görüşünə dəvət olunmamağımla əlaqəli idi. Dövlət başçısı dedi ki, bu bizim sizə qarşı münasibətimizdən irəli gəlmir, çünki bizim sizə hörmətimiz və müsbət münasibətimiz var, günah siyahını tutanlarda olub və sizi dəvət etməyiblər. Dövlət başçısı soruşdu ki, görüşə gəlsəydiniz nə təklif edəcəkdiniz? Mən də cavab verdim ki, əsas kino sahəsi ilə bağlı təkliflər verəcəkdim və Mehriban Zəki də təxminən mənim istəklərimi dilə gətirdi. Kino sahəsinin inkişafına ilə bağlı artıq 5 milyon manat ayırdınız” - deyə R.Balayev qeyd edib.

O, eyni zamanda, Əbülfəs Qarayevin bugünkü mətbuat konfransında Prezidentlə görüşdə iştirak etməyən incəsənət xadimlərindən üzr istəməsindən xəbərdar olduğunu, nazirin üzrünü qəbul etdiyini söylədi: “Görünür artıq ona da məsələ deyilib və o, da üzrünü istəyib. Yəqin məni yaddan çıxarıblar, özləri bilərlər”.

635x100

Şərhlər

Veteran 2019-03-05 16:56:43

Hec olmasa her weyi oldugu kimi etiraf etmeyi bacarin!!! Hamiya gun kimi melumdur ki, Rasim Balayev Kinematoqrafiya İttifaqından istefa verdiyine ucun onu"unutmusunuz"! Men bunu sadece misal ucun yaziram, nece ola biler ki, Cabir Imanov ve yaxud Behram Bagirzade nazir Qarayevin yadindan cixmadi ancaq Rasim Balayev yaddan cixdi?!

Habil 2019-03-05 16:56:43

HÖRMƏTLİ RASİM MÜƏLLİM SİZİ RƏHMƏTLİK FUAD POLADOV KİMİ KİŞİLƏRDƏNSİZ... ORA O ADAMLARI ÇAĞIRIBLAR Kİ MÜƏYYƏN MƏNFİ KRETİREYİLARA UYĞUN GƏLSİN. TƏK TÜK SƏHVƏN KİMLƏRSƏ YƏQİN Kİ OLUB ORDA

Cəmşid Dərələyəzli 2019-03-05 16:56:43

Bu bir başa Mədəniyyət Nazirinin səhvi idi. Nə yazıq ki, bu yöndə onun birinci səhvi də deyildi. Nazir öz səhvini 200 xalq artistininin 1300-ə (səhv etmirəmsə) yaxın əməkdar artistlərin çoxluğu ulə əlaqələndirib.Təbii ki, bu yetyərli səbəb deyildi. Onsuzda Rasim Balayev Nəsimi və Babək obrazlarında sağikən öz heykəlini əbədi qoyub. Maraqlıdır, Qarayev hansı "obrazı" ilə yadda qalacaq.

Hegiget 2019-03-05 16:56:43

ABULFAZSHOU .......

Semed 2019-03-05 16:56:43

ZEYNEB XANLAROVANI yaddan cixartsaydiz mence hec bir problem olmazdi.RASIM BALAYEV sozunu deye bilen insandi cox teessuf ki bele insanlari indi sevmirler

Bayram 2019-03-05 16:56:43

Allah sənə rəhmət eləsin Fuad Poladov.

Son yazılar