Dağıstan azərbaycanlıları Ramazan Аbdulatipova etiraz edir

Dağıstanın Dərbənd rayonunda kompakt şəkildə yaşayan azərbaycanlılar bu respublikanın rəhbərliyinin qanunsuz qərarlarına qarşı etiraz aksiyaları keçirirlər.

“Turan” bildirir ki, bu barədə "Azərbaycan Dünyası" jurnalı rəhbərlərinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında məlumat verilib.

Jurnalın redaktoru Eldar İsmayıl bildirib ki, etiraza səbəb etnik azərbaycanlı Qurban Qurbanovu Dərbəndin başçısı postundan uzaqlaşdırmaq cəhdləri olub.

Vurğulanıb ki, Dağıstanda rayon administrasiyasına başçı sakinlər tərəfindən seçilir, Qurbanovun səlahiyyətləri isə 2015-ci ilin mayında başa çatır.

Buna görə, Qurbanov vəzifəsindən getməkdən imtina edir, bildirir ki, seçicilərin mandatı var. Abdulatipov isə etnik таbasaran, sabiq ədliyyə naziri Azadi Rəhimovu Dərbəndə başçısı təyin etmək istəyir.

Mətbuat konfransı təşkilatçılarının fikrincə, bunun arxasında azərbaycanlıların yüzlərlə hektar məhsuldar torpaq sahələrini əllərindən almaq istəyi var. Başqa sözlə, məqsəd Dağıstandakı azərbaycanlıların əlindən onların sonuncu qalasını - Dərbəndi almaq və özlərini respublikadan sıxışdırıb çıxarmaqdır.

Vurğulanıb ki, Dağıstan rəhbərliyini həm də Qurbanovun rayonun sosial-iqtisadi inkişafı üçün Azərbaycandan yardım alması qıcıqlandırır.

Belə ki, Bakı Dərbənd şəhərinin sosial-iqtisadi inkişafı üçün 30 milyon manat ayırıb. Bundan başqa, Azərbaycan teatrı üçün yeni binanın tikintisi, Nizami parkının abadlaşdırılması, Olimpiya kompleksinin tikintisi nəzərdə tutulur. Bütün bunlar Dərbənddə azərbaycanlıların mövqelərinin güclənməsi deməkdir ki, bu da Mahaçqalada bəzi qüvvələrin xoşuna gəlmir.

Eldar İsmayıl bildirib ki, bütün bunlarla əlaqədar Dağıstanda yaşayan azərbaycanlılar rəsmi Bakını Dərbənd şəhərindəki vəziyyətə diqqət yetirməyə çağırırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar