"Bugatti" dünyanın ən bahalı avtomobilini təqdim edib

Fransanın "Bugatti" avtomobil şirkəti Cenevrənin avtosalonunda dünyanın ən bahalı avtomobilini təqdim edib.

"Report"un xarici mətbuata istinadla məlumatına görə, bu barədə istehsalçının xəbərində deyilir.

Qara hiperkar "La Voiture Noire"in qiyməti 11 milyon avrodur. Avtomobil hələ ki, bir nüsxədə təqdim olunub və artıq satılıb. Alıcının adı açılmır.

Hiperkar buraxılış ili 1936-cı il olan "Bugatti Type 57 SC Atlantic" nişan modelinin 110 illik yubiley markasına həsr edilib. Yeni marka "Bugatti – Chiron" markası əsasında yaradılıb.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın "Rolls-Royce" şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar