Eyni zamanda 3 ölkəyə çıxışı olan unikal aeroport - Harada yerləşir?

Unikal aeroportdur - oradan eyni zamanda 3 ölkəyə çıxmaq olur. Dünyada ondan başqasına rast gələ bilmsəzsiniz.

Hesab elirsiniz ki, aeroport yalnız yerləşdiyi ölkənin mülkiyyətidir? Bəli, amma «Bazel-Myuluz-Frayberq» aeroportundan başqa - onu həm də «Bazel-Myuluz aeroportu» və ya «Avroaeroport» da adlandırılar.

O, unikal beynəlxalq aeroportdur və eyni zamanda iki ölkəyə məxsusdur - Fransa və İsveçrəyə.

Ərazi baxımından o, Fransa torpağında yerləşsə də, ona ən yaxın İsveçrənin Bazel şəhəridir. Ona görə də aeroport eyni zamanda iki zonaya malikdir - Fransa və İsveçrə zonasına.

Amma hələ bu da hamısı deyil. Fransanın Myuluz və İsveçrənin Bazel şəhərlərindən başqa, aeroport həm də onunla 60 kilometr məsafədə yerləşən Almaniyanın Frayburq şəhərinə xidmət göstərir.

Aeroportun Fransa hissəsindən keçməklə, Almaniyaya çıxmaq mümkündür.

Sərhədə yönəlik yerləşməsinə görə, aeroport Avropanın ən mühüm və populyar nəqliyyat qovşağı hesab olunur.

AzPooiika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar