Əmlak və torpaq vergiləri üzrə borclar silinə bilər

Parlamentin martın 5-də keçirilən plenar iclasında “Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunub. Oxu.az bildirir ki, layihə barədə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri bildirib ki, sənəd özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsinin silinməsini nəzərdə tutur.

“Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya prospektində) ayrıca göstərilir”, - deyə Z.Səmədzadə əlavə edib.

Onun sözlərinə görə, bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları aşağıdakı qaydada silinir:

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə - ödənilməmiş borcların 70 faizi;

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə - ödənilməmiş borcların 50 faizi;

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə - ödənilməmiş borcların 30 faizi silinir.

“Ümumiyyətlə, bu qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilən, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir”, - deyə komitə sədri bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar