Əfqanıstanda 60 nəfər leysan yağışların qurbanı olub
Baxiş sayı:
Dərc olunub:
05/03/2019 - 23:27
Əfqanıstanın cənubunda son bir neçə gün ərzində davam edən leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub, 140-dan çox insan zərər çəkib.
"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı ölkənin Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə İdarəsi üzrə dövlət naziri Naqib Aka Hakimə istinadən xəbər verib.
Nazir qeyd edib ki, Qəndəhar, Zabul və Farah vilayətlərində minlərlə zərərçəkmiş ailəyə təcili kömək göstərilib.
Daha əvvəl təbii hadisə nəticəsində 20 nəfərin həlak olduğu, 10 nəfərin itkin düşdüyü bildirilib. Qeyd edək ki, həmin vilayətlərdə infrastruktura da ciddi ziyan dəyib. Təkcə Qəndəhar şəhərində 60-a yaxın ev dağılıb və ya ziyan çəkib.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.