“SATQIN VƏ YALTAQ BİR ADAMDIR...” – Rasim Balayevdən sərt sözlər 

Məşhur kinoaktrisa Şəfiqə Məmmədovanın "Rasim Balayevin də kabineti olub, indi kabineti yoxdur deyə belə danışır" fikrinə qarşı tərəfdən cavab gəlib.

R.Balayev "Ölkə.Az"a açıqlamasında Ş.Məmmədova barədə sərt ifadələr işlədib:

"Şəfiqə Məmmədova ....(qeyri etik ifadələr işlədir) . Mənim kabinetim olmayıb. O kabineti Hökumət Evində kirayə götürmüşdük. Bunun da kabineti var. İstəyir ki, ona təzə bina tikdirsinlər. Kino yoxdur, amma bu, özünə kabinet axtarır. Şəfiqənin dediyi kabineti ittifaq icarəyə götürmüşdü. Biz yazıqların icarə haqqını ödəməyə pulumuz yox idi. Amma bunun yeri də var, pulunu da verirlər. İstəyir ki, bir az mərkəzdə bina tikdirsin".

"Sizin Şəfiqə xanımla münasibətləriniz gənclik illərindən gərgin olub, yoxsa sonradan arada sərinlik yaranıb" sualına Rasim Balayev belə cavab verib: "Şəfiqə kimdir ki, mən onunla yola getməyim? Onun səksənə yaxın yaşı var, otuz il bu sənətdə olub, əlli ildir sənətdə yoxdur. Amma mən bu gün də sənətdəyəm. Həm də o qadın, mən kişi. Onun rolunu mənə verməyəcəklər, mənim də rolumu ona. O, "mraz"dı, içində qurdlar var. Vaxt var idi Rüstəmin qolundan sallanıb "Rustamulya, Rustamulya" deyirdi. Satqın və yaltaq bir adamdı".

Qeyd edək ki, Şəfiqə Məmmədova ötən gün "Ölkə.Az"a açıqlamasında R.Balayevin tənqidlərinə cavab vermişdi:

"Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur. Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm. Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub".

635x100

Şərhlər

artist 2019-03-06 15:30:33

Bütün günah mədəniyyətdən,incəsənətdən uzaq olan adamın uzun illərdir nazir postunda oturaraq bu sahəni bərbad etməsindədir.Anlayışsız adamdan nazir olanda necə olmalıdır ki? Ancaq ondanəvvəlki də birfaydalı iş görməyib.

AAgahuseyn 2019-03-06 15:30:33

Mən cox pis oldum bizim belə tarixi şəxsiyyətlər niyə özlərini bambılı kimi aparan ARVAD paltarı geyən kişilərə,səfeyləyən palatka toylarında müqənni və şairlərə bənzədirlər.AXI biz sizi sevirik

seda 2019-03-06 15:30:33

baxsinlar rehmetlik FUAD POLADOVA medeniyyet-eqide=kiwilik=xarizma-centlimenlik oyresinler...

Müəllim 2019-03-06 15:30:33

Əgər Hacı Zeynalabdin Tagıyev bilsəydi ki,Məmmədəmin Rəsulzadənin abidəsi üçün daş qoyulmuş yer onun abidəsi üçün seçiləcək yəqin ki, lazım deyil deuērdi.milyonçunun dilənçi kimi ölən qızı Sara heç kimin yadında deyil..mənimsə indi də gözümdən çəkilmir.heç kim ona saglıgında yaxşılıq etməfi.heykəl nēyə lazım.quşlar pis günə qoyacaq onsuzda.SAGLIGINDA QİYMƏT VERƏK İNSANLARA.kim demiş C.Novruz

dadaşyev 2019-03-06 15:30:33

Yusifə.Muradın o görüşə çağırılmasında heç br biədəblik görmürəm,çünki o qədər evsiz-eşiksiz,küçələrdə it döyən elm-sənət fədailərini qoyub Fəlakət kimi ... bir təlxəyə bir-iki saatlıq şittiyi üçün şəhərin ən gözəl yerində super ev hədiyyə edilən bir toplumda yaşadığımı bir an belə unutmuram.

yusif 2019-03-06 15:30:33

prezidentle goruse murad dadasovun devet edilmasi biabrciliq idi- murad ancaq masin souda geylerin ve exlaqsiz muqennilerin dostu ola biler

Zaza 2019-03-06 15:30:33

Aktyorlar aktrisalar neylesinler onlar da memurlar, mugenniler kimi villalarda kabinetlerde yaxsi yasamaq isteyirler. Kino cekilmir satilmir pul yoxdur. sesi olmayan erden bosanan,palatka mugennileri ,indiski reqqaseler,arvad paltari geyinen aktyorlar hetta asiq Telli m, sair Elza Seydcahan onlardan yaxsi yasayirlar.

Türk serial izləyicisi 2019-03-06 15:30:33

Hər işin kollegial məsləhətlə asan həlli əvəzinə, adətimiz üzrə "dolaşığa" bir düyün də vururuq? Teatrlarımız var, zamanı əks etdirən yaradıcılarımız isə "Formula" və stadion tribunalarını da fəth edə bilərlər. Aktyor və Aktrisanın da əski "Azərfilm" binasında yanba-yan kabinetləri olmalı idi! İlkin problem bu deyilmi? Psevdosiyasətçilər kimi bəzi mügənni-artıstlər öz şou şokundan az qala yaradıcı müəllifləri belə "basıb keçir"lər? Yaradıcı müəllif, operator əvəzinə ifaçılar şef roluna qoyulur.

Köhnə azərbaycanlı 2019-03-06 15:30:33

Bizim xalq artistlərimizə bax ey.Adam xəcalət çəkir.Əgər hansısa probleminiz varsa onu sakitcə, mədəni surətdə həll etmək mümkün deyilmi?Başa düşmək olmur ki bunlar şou yaradıb gündəmdə qalmaq istəyirlərsə, məncə bu bir az gec deyilmi?Açığı bu ana kimi hər iki artistə böyük hörmətim vardı.Nə olur-olsun xüsusən Rasim Balayevdən belə kobudluq gözləmirdim.Sizdən sonra gələnlər sizdən nə götürə bilərlər?Təəssüf edirəm...

ayrim 2019-03-06 15:30:33

olkede ele incesenet ve ya yurnalist az tapilarkinyise olmasin basa dusmek olmur milletin. umayendelerinden qebul edib niye dinlemirler incesenet medeniyet bunlar hami ozleri ucundu gorutsuz. ece qirisirlar xalqa gun axlamaq lazimdi bunlar hamisi yerin tutub teqaud ev bax ne bilim obyekt filan milet binava aalib bir kenarda

Türk 2019-03-06 15:30:33

Rasim Balayev sənətdə öz sözünü demiş, öz izini buraxmışdır. O, istedadlı incəsənət xadimi, namuslu Azərbaycan vətəndaşıdır. Gənc nəsl onunla fəxr edir.

Son yazılar