Abbas Abbasovun ermənilərlə qohum olması faktı üzə çıxdı - Foto

abbasovlar1Baş nazirin sabiq 1-ci müavininin qayınanasının erməni millətindən olmasına dair sənəd yayıldı; Aydın Abbasovu silahlı çeçenlərin qoruyur...

Avqustun 22-də saat 17 radələrində sırasında bir çox saytlara Abbas Abbasov və onun deputat oğlu Aydın Abbasovla bağlı sensasion sayıla biləcək ifşaedici materiallar göndərilib.

Materialda Aydın Abbasovun nənəsinin erməni millətindən olması və özünə qeyri-azərbaycanlılardan ibarət mühafizə dəstəsi saxlaması vurğulanır.

Materialda qeyd olunur ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni qaynanası Göharik Voskanovnanın adı sonradan Gövhər olaraq dəyişdirilib və o, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub.

Redaksiyalara göndərilən materialda qeyd olunur ki, A.Abbasov Ermənistanla sıx biznes əlaqələrinə malikdir. Həmçinin onun Rusiyada da ermənilərlə şərikli biznes obyektlərinin olduğu vurğulanır. Redaksiyaya göndərilən materialdan sitat: “Etibarlı mənbə tərəfindən verilən məlumata əsasən A.Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (baş nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə “islam dinini” qəbul edib. Onun qaynanası vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib”.

Anonim mənbədən yayılan materialda o da bildirilir ki, Abbas Abbasovun həyat yoldaşı Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır: “Amma o, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib”.

Materialda Aydın Abbasovun nənəsinin dəfn mərasimi barədə də qeydlər var. Bildirilir ki, islam qaydalarına uğun olaraq həyətdə 2 böyük çadır qurulsa da, yasda iştirak edənlər çox az olub: “Buna səbəb isə vəfat edənin erməni olmasıdır. Millət vəkili Aydın Abbasov isə nənəsinin hüzr yerinə tək qatılmayıb. Onu çeçen əsilli 4 mühafizəçi (silahlı) müşayiət edib. Mühafizəçilərindən biri Rusiya vətəndaşı Abiev Rüstəm Raqimoviç olub”.

Abbas Abbasovun ermənilərlə qohumluq əlaqələri haqda çoxdan söz-söhbət dolaşır. Amma onun qayınanasının düşmən millətin nümayəndəsi olması haqda bu cür detallı bilgilər yox idi. Bu həqiqət Abbas Abbasov hazırkı iqtidara asi olandan sonra da yayılmadı. Əksinə, hazırda A.Abbasov Azərbaycan hakimiyyətini təhdid edən heç bir açıqlama vermir. “Milyarderlər İttifaqı” da fəaliyyətsizdir. Bəs bu cür qara texnologiya nədən indi üzə çıxdı? Təkcə A.Abbasovun qayınanasının ölümü bu həqiqətin ictimailəşməsinə səbəb ola bilməz. Mümkündür ki, Rusiya, Kreml yenidən Azərbaycan əleyhinə hansısa siyasi proseslərə start vermək ərəfəsindədir, ona görə də Moskvanın Bakıya qarşı əsas adamı sayılan A.Abbasovun qayınanasının erməni olması haqda həqiqət ictimailəşdirilib.

Deputat Aydın Abbasovun çeçen millətindən olan mühafizəçiləri də maraqlı faktdır. Abbasovların Çeçenistanın kriminal dairələri ilə əlaqələrinin olmasına dair indiyədək mətbuatda çox yazılıb. Hacı Məmmədov məsələsində də bu fakt bu və ya digər formada mediada getdi. Amma maraqlıdır ki, Azərbaycanın hüquq-mühafizə orqanları Abbasovların ətrafında silahlı çeçenlərin mövcudluğuna dözümlü yanaşır. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar