Pakistanda müxalifət partiyasının bütün deputatları parlamentdən çıxdı

Pakistanın müxalifət partiyası Tehrk-i-İnsaatın bütün deputatları parlamentdən çıxdığını bildirib.

Keçmiş kriket oyunçusu, indi isə bu partiyanın sədri olan İmran Khan bununla parlamentin avqustun 21-də verdiyi qərara etirazını bildirir.

Parlament İmran Khanın çağırışı ilə küçə nümayişlərinin baş nazir Navaz Sharifi zorla istefaya göndərməsi səylərini konstitusiyaya zidd adlandırıb.

İslamabadda İmran Khanın və populist dini lider Ul-Qadrinin çağırışları ilə müxtəlif nümayişlər gedir. Onların məqsədi baş nazirin istefasıdır. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar