"Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyəni maraqlandırmaya bilməz"

Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyəni maraqlandırmaya bilməz.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ankara Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayırır, çünki Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

635x100

Şərhlər

t.ədalət 2019-03-06 21:58:51

Ümid Sizədir doğma Türkiyə!Baxmayaraq ki,yönümüzü Rusiyaya yönəltmək üçün bizdə anası,arvadı,qaynanası erməni olanları nazir qoyurlar,radio və televiziyalarımızda mahnıları rusca oxuyurlar.Amma içimizdə Türkiyəyə olan sevgini heç cürə söndürə bilmirlər.

Son yazılar