BMT dünyada insan orqanlarının qeyri-qanuni dövriyyəsini qiymətləndirib - İldə $600 milyon!

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, dünyada insan orqanlarının qeyri-qanuni dövriyyəsi ildə 600 milyon dollar həcmində qiymətləndirilir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) narkotiklər və cinayətkarlıq üzrə İdarəsi insan, insan orqanları və toxumları ilə ticarət üzrə Qvatemalada keçirilən bölgəsel konqresdə məlumat verib.

Konqres iştirakçıları qeyd ediblər ki, Qvatemala beynəlxalq cinayətkar şəbəkə üçün xeyli cəlbedicidir. Şəbəkə coğrafi və iqtisadi vəziyyət üzrə insan alveri ilə məşğuldur.

Təkcə 2018-ci ildə ölkə hakimiyyəti insan alveri üzrə 274 şikayət, insanların istismarı ilə bağlı cinayətlər barədə 159 müraciət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar