Azərbaycan - Bolqarıstan oyununun biletləri satışda

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununun biletləri satışa çıxarılıb.

AFFA-dan verilən məlumata görə, qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-dir.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar