Suriya müharibəsi yenidən dünya mediasının diqqətində

Müharibə və iğtişaş qurbanları arasında azı 8800 uşağın olduğu deyilir

Ukrayna hadisələri və Qəzzada gedən döyüşlər fonunda kölgədə qalmış Suriya müharibəsi yenidən dünya mediasının gündəminə gəlib.

BMT-nin İnsan Haqqları üzrə Ali Komissarlığını yaydığı məlumatda Suriya münaqişəsi başlanandan 190 minə yaxın insan həlak olduğunu bildirir. Müharibə və iğtişaş qurbanları arasında azı 8800 uşağın olduğu deyilir.

Həqiqətdə isə real itkilərin daha çox olduğu güman edilir. Digər tərəfdən isə son 3 il yarım ərzində Suriya qaçqınlarının sayına görə dünyanın birinci ölkəsinə çevrilib. 9 milyondan çox Suriyalı Bəşər Əsəd Qüvvələri və üsyançılar arasında gedən döyüşlərlə əlaqədar evlərini tərk etməli olub. 2,5 milyon suriyalı qonşun dövlətlərə pənah aparıb, 6.5 milyon suriyalı məcburi köçkün düşüb.

BMT beynəlxalq ictimaiyyəti Suriya münaqişəsi ilə bağlı ümumi mövqe ortaya qoymamaqda təqsirləndirir. BMT İnsan Haqqları ali komissarlığını sədri Rupert Kolvilin sözlərinə görə, dünya ictimaiyyətinin hərəkətsizliyi nəticəsində Suriyada qatillərin, cəlladların, barbarların sayı artıb, cəzasızlıq şəraitində hərbi cinayətlər törədilməyə davam edilir.

Kimyəvi hücumlarla bağlı 2013-cü ildə iddialar ortaya çıxsa da, Qərbin gözlənilən hərbi müdaxiləsi baş verməyib. Belə ki, Suriya hökuməti kimyəvi silahlarını beynəlxalq ictimaiyyətin nəzarətinə verməyə razılaşıb. Kütləvi qırğın silahlarının məhv edilməsi üzrə əməliyyatlar bir müddət əvvəl başa çatıb. Habelə, Qərb Bəşər Əsədin bütün kimyəvi silahları təhvil verməməsindən şübhələnir. Suriya münaqişəsinin diplomatik yolla həlli səyləri də ard-arda iflasa uğrayır.

Mayın 13-də Suriya münaqişəsi üzrə BMT-Ərəb Liqasının xüsusi vasitəçisi Laxdar Brahiminin istefası bu uğursuzluq silsiləsinin bir “sinoniminə” çevrilib. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar