Azərbaycanlı mühəndislər pilotsuz mini təyyarə hazırlayıb - Video

Pilotsuz mini təyyarə 80 dəqiqə havada qala bilir

Azərbaycanlı mühəndislər 80 dəqiqə havada qala bilən pilotsuz mini təyyarə hazırlayıblar.

"Bayquş" adı verilən bu hazırlanma rekorda da imza atıb. Belə ki, indiyədək praktiki olaraq mini həcmli təyyarələrdə ən çox havada qalma müddəti 60 dəqiqə təşkil edib.

Xüsusi optimizasiyalar ilə 80 dəqiqə havada qala bilən bu mini təyyarə, eyni zamanda canlı görüntü və "3D" xəritə çəkmə funksiyaları ilə də təchiz edilib.

İndiyə qədər bir çox xarici investorlar layihəyə böyük maraq göstərib. Buna baxmayaraq, yaradıcılar yerli investorların diqqətini cəlb edərək mini təyyarənin istehsalını təşkil etmək və qlobal bazara çıxartmaq niyyətindədirlər. /“ICTnews”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar