Bakıda yanacaq daşıyan avtomobil aşaraq partladı - Video

Bakıda yanacaq daşıyan maşın qəza törədib.

APA-nın məlumatına görə, hadisə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.

Nəticədə partlayış və yanğın baş verib. Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan benzin 200 m əraziyə dağılıb.

Hadisə yerinə Yasamal, Səbail və Binəqədi rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib.

Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçir. Yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәlәri işıqsız qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar