Naxçıvan Ali Məclisində şöbə müdiri vəzifəsinə təyinat olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub. "Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 7-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Surə Namidar qızı Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, S.Seyid bundan əvvəl Naxçıvan Dövlət Universitetində kafedra müdiri və prorektor vəzifələrində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar