Amerika Venesuelaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams bildirib ki, Vaşinqton Karakasa qarşı yeni maliyyə qadağaları hazırlayır.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, onun sözlərinə görə, söhbət Venesuela prezidenti Nikolas Maduronun tapşırıqlarını yerinə yetirən maliyyə institutlarına qarşı sanksiyalardan gedir.

Elliott Abrams əlavə edib ki, bu institutlar Venesueladan vəsait oğurlayıb, dünyanın müxtəlif yerlərində gizlədirlər.

O qeyd edib ki, məhdudiyyətlər üçüncü ölkələrə də toxuna bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar