Nümayəndə heyətinin Hindistana səfəri münasibətləri yaxşılaşdıracaq - Pakistan XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi cümə axşamı «Geo.tv » telekanalına bəyan edib ki, Pakistan nümayəndə heyətinin Kartarpur nəqliyyat dəhlizinin açılışı münasibətilə martın 14-də Hinlistana planlaşdırılmış səfəri iki ölkə arasında gərginliyi azaldacaq.

«Pakistan gərginliyin azaldırlmasına və münasibətlərin yaxşılaşdırılmasına can atır. Nümayəndə heyətləri səviyyəsində səfərlər bu prosesdə açar rolunu oynayır» - deyə, Kureşi bəyan edib. O, həm də qeyd edib ki, Hinlistanla Pakistan arasında münasibətlərin bərpası bölgədə sülhə və sabitliyə gətirib çıxardacaq. Pakistanlı nazir bu fikirləri ölkənin Hinistandakı səfiri Süheyl Mahmudla aparıdı məsləhətləşmədən sonra səsləndirib. Səfir yaxın vaxtlarda Nyu-Dehliyə qayıtmalıdır.

Bundan əvvəl məlum olub ki, martın 14-də İslamabadın nümayəndə heyəti Kartarpur nəqliyyat dəhlizinin açılış planlarını müzakirə etmək üçün Hindistana səfər edəcək. Sözügedən nəqliyyat qovşağı Hindistan ziyarətçilərinin Pakistana vizasız səfərləri üçün nəzərdə tutulub. 2018-ci ildə onun tikintisinə başlanması münasibətilə təntənəli mərasim keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar