ABŞ indi də beynəlxalq maliyyə təşkilatlarını sanksiyalarla hədələyir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Ştatlar Venesuela prezidenti Nikolas Maduro ilə əməkdaşlıq edən beynəlxalq maliyyə təşkilatlarını sanksiyalarla hədələyib. Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona istinadla, bu barədə Meksikanın «El Economista» nəşri yazıb.

Boltonun pəsmi bəyanatında deyilir ki, Ağ Ev ABŞ-dan kənarda yerləşən və Maduro hökumətini maliyyələşdirən banklara rəsmi bildirişlər göndərir.

«ABŞ xarici maliyyə təşkilatlarını xəbərdar edir ki, əgər onlar Nikolas Maduroya və onun korrupsiyalaşmış şəbəkəsinə gəlir gətirən qeyri-qanuni sövdələrdə inştirak etsələr, o zaman sanksiyalarla qarşılaşacaqlar. Biz, imkan vermərik ki, Maduro Venesuela xalqının sərvətlərini oğurlasın» - Bolton bəyan edib.

Nəşr iddia edib ki, əgər Vaşinqton bu təhdidərini həyata keçirməyə başlamaq qərarına gəlsə, o zaman Rusiyanın və Çinin bankları bu addımın ağır nəticələrini yaşamalı olacaqlar.

Qeyd edək ki, ABŞ əsl məqsədi - Venesuelanın təbii sərvətini- neft ehtiyatlarını ələ keçirməkdir . Yoxsa, Venesuela xalqının sərvətlərini kimin oğurlaması nə Boltonu, nə də Trampı maraqlandırır..

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar