BDU-nun Qazax filialının direktoru vəzifəsinə təyinat olub

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru vəzifəsinə təyinat olub.

“Report”un əldə etdiyi xəbərə görə, bu vəzifəyə universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin "Politologiya və sosiologiya" kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov təyin olunub.

Qeyd edək ki, A.Rüstəmov 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı salahlı kəndində qulluqçu ailəsində anadan olub. 1985-ci ilin uyun ayından BDU-nun indiki Politologiya və Sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.

2008-2013-cü illərdə universitetin Sosial Elmlər və Psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.

2013-cü ildən BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat Fakültəsinin Politologiya və Sosiologiya kafedrasının dosentidir.

O, bir kitab, yeddi dərslik, 50-dən çox elmi məqalə, tədris proqramı və metodik işin müəllifidir.

Ailəlidir, iki övladı var.

Qazax filialının sabiq direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev yanvar ayında vəfat edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar