Əlcəzair müxalifəti prezidentin istefasını tələb edir

Əlcəzairdə müxalifət qüvvələri prezident Əbdüləziz Buteflikanın istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edir.

“Report” xəbər verir ki, 82 yaşlı Ə.Buteflika 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürdükdən sonra müxtəlif partiya və təşkilatlar arasında müzakirələr keçirilib.

Belə ki, bundan əvvəl hazırkı prezidentin ardıcıl beşinci dəfə namizədliyini irəli sürməsini qanunsuz hesab edən bir qrup hüquqşünas etiraz ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, aprelin 18-də keçiriləcək prezident seçkilərində 20 ildir ölkəni idarə edən Ə.Buteflikanın namizəd olması paytaxt Əlcəzairdə geniş etiraz aksiyalarına səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar