“MİLLƏTİN PROBLEMLƏRİNDƏN DANIŞMAQ LAZIM İDİ...” – “Prezidentlə görüşə dəvət olunmamağım məni incitdi”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə üzv olub. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində komitəyə üzvlüyü, görüləcək işlər və eyni zamanda prezidentlə mədəniyyət, ədəbiyyat xadimlərinin görüşü barədə danışıb.

Xalq şairi ilə müsahibəni təqdim edirik:

– Sabir bəy, maraqlıdır ki, niyə məhz indi Qarabağ Komitəsinə üzv oldunuz?

– Qarabağ danışıqlarının bir müsbət nəticəsi yoxdur. Eyni zamanda cəmiyyətdə sülh söhbətləri dolaşmağa başlayıb. Ermənistan aşkar görünür ki, bizə meydan oxuyur. Paşinyanın İran səfərindəki bəyanatlar, Ruhani ilə görüşündə səsləndirdiyi fikirlər, ATƏT-in Minsk Qrupunun 30 illik tam fəaliyyətsizliyi, “çevir tatı, vur tatı” mövqeyi, Ermənistanın işğalçılığına qiymət verilməməsi cəmiyyətdə bir çaşqınlıq yaradıb.

Bütün bunlardan sonra əhalidə ümidsizlik yaranıb, iqtidarla müxalifət münasibətləri anormal istiqamətə gedir, partiyalararası soyuqluq müşahidə olunur. İndiki situasiyada Qarabağla bağlı bu məsələlər kənara qoyulmalıdır. Biz 1988-ci ildə meydanlara Qarabağ görə gəlmişdik, ona görə indi kənarda dayanmaq olmur. Qarabağ Komitəsində qüvvələrin bir araya gəlməyinə, xalqın iradəsini ifadə etməyə ehtiyac var. Beynəlxalq aləm bilməlidir ki, hər nə qədər xalq indi sakitləşsə də, biz Qarabağ məsələsində bir addım geri çəkilməmişik. O baxımdan siyasi yönündən asılı olmayaraq bir araya gəlmək lazımdır. Qarabağ Komitəsi çox ciddi işləyə bilər, parçalanmanın qarşısı alınmalı, bir araya gəlinməlidir.

– Amma İsgəndər Həmidov, Akif Nağı komitənin İdarə Heyətindən gediblər, bir dağınıqlıq var…

– Akif Nağının getməsinin səbəbini bilmirəm. Onun xidmətlərini danmaq olmaz. Hazırda Qarabağ Azadlıq Təşkilatının üzvləri komitədə var. Yəni, komitədən tamamilə uzaqlaşmayıblar. Çox istərdim ki, Akif Nağı da uzaqlaşmasın, komitədəki fəallığını saxlasın.

– Siz komitəyə üzv olduqdan sonra hansı planlar var, nələr edilməlidir?

– Artıq komitə tərəfindən müəyyən proqram hazırlanıb. Vaxtilə Qarabağ Yardım Komitəsi yaratmışdım, ilk müstəqil mətbu orqan olan “Azərbaycan” qəzetini çap etmişdim. İndi də görüləsi işlər çoxdur. İlk növbədə Qarabağ probleminin dünyaya çatdırılması, qaçqın və köçkünlərin vəziyyətinin beynəlxalq aləmə göstərilməsi əhəmiyyətlidir. Köçkünlərə dövlətin nəzarəti ayrı, amma ictimai qurumların ayrıca iş aparması önəmlidir. Bütün qüvvələrin birliyinə zərurət var.

– Sabir bəy, Qarabağ Komitəsi mitinq keçirəndə sizi dəvət etmişdilər, amma iştirak eləməmişdiniz. Bu da söz-söhbət yaratmışdı. Bunun səbəbi nə idi və bu gün Qarabağ mitinqinə ehtiyac varmı?

– Doğrudur, mən o zaman mitinqə getməmişdim. Həmin vaxt Qarabağ Mitinq Komitəsiydi. Mən müzakirələrdə iştirak eləmişdim. Mən milyon yarım insanın toplaşdığı meydanı idarə edən adam olmuşam. Ancaq indi ömrümün mitinq dövrü keçib. Bu, yeni nəslin, cavanların işidir. Təbii ki, qlobal səviyyədə müzakirə olanda mitinqlərə də gedərəm, sözümü də deyərəm. Amma indi komitənin gündəmində mitinq müzakirələri yoxdur. Lakin hesab edirəm ki, “Qarabağa azadlıq!” tələbi ilə mitinqlərin keçirilməsi iqtidarın mövqeyini möhkəmləndirə bilər.

– Yeri gəlmişkən, prezidentin mədəniyyət, ədəbiyyat adamları ilə görüşünə çağırılmamışdınız. Sizi dəvət etsəydilər, hansı məsələləri qaldırardınız?

– Əgər söhbət ədəbiyyatdan, mədəniyyətdən gedirsə, bizim o görüşdə olmamağımız mənə təəccüblü gəlir. Orada elələri varıydı ki, sənətlə əlaqəni çoxdan üzüblər. Amma dünyada kitabları çap olunan, ardıcıl sözünü deyən ədəbiyyat adamlarından biri mənəm, görüşə dəvət etməmişdilər. Sabir Rüstəmxanlı görünməyən adamlar sırasında deyil axı. Ona görə hesab etmirəm ki, nazirlik məni görməyib.

Mən xalq şairiyəm, sənət söhbətində iqtidar-müxalifət fərqi qoyulmamalıdır. Üstəlik, bizim partiyamız vətəndaş həmrəyliyinə çağırır, ayrı-seçkilik olmamalıdır. Amma baxırsan ki, ən xırda məsələlərdə ayrı-seçkilik olunur. Məsələn, bir veriliş gedir, adı “Sevilənlər”dir, ora daha çox rusca danışan sənət adamları çağırılır. Gəlin xalqın içinə çıxaq, görək onları, yoxsa bizi çox sevirlər. Amma dövlət televiziyasına bizi dəvət eləmirlər.

Bizə qarşı bu nə münasibətdir, başa düşmürəm. Müstəqilliyə imza atan biz, risklərə gedən biz, zülm çəkən yenə biz. Gəl ki, müstəqil ölkədə necə olur bizi AzTV-yə, tədbirlərə dəvət etmirlər, humanitar forumlara çağırmırlar. Mən 25 il deputat olmuşam. Yaxşı, Milli Məclisdən ayrılmışıq, dövlətdən ki ayrılmamışıq?! Bizim zəhmətimizin nəticəsi bu olmalıdır? Adama ağır təsir edir. Söz yox ki, həmin görüşə gedənlərin əksəriyyətinin mədəniyyətə, ədəbiyyata xidməti olub. Ancaq onların çıxışlarının ümumi səviyyəsi məni razı salmadı. Görüşdə ziyalılar Qarabağ problemini, əhalinin vəziyyətini prezidentə deməliydilər.

Prezidenti insanlardan aralı saxlamağa çalışırlar. Dövlət başçısı rayonlara gedir, amma hər şeydən vaxtından xəbər tuta bilmir. Özünüz də görürsünüz ki, xəbər tutan kimi göstəriş verir. Bu işi sənət adamları görməlidir, sözünü cəsarətlə deməlidir. Millətin problemlərindən danışmaq lazım idi. Amma biri yaxınının adına küçə qoyulmasını istəyir, o bir heykəl qoyulmasını xahiş edir. Mən bir söz demirəm, Tağıyevə də heykəl qoyulsun. Amma Rəsulzadə, Xoyski, Topçubaşov, Yusifbəyli kimi kişilər olub, bəs onların niyə heykəli olmasın?!

Bundan əlavə, ana dili məsələsi var. Prezident bu barədə proqramlar hazırlayır, Təhsil Nazirliyi isə bir ucdan rus dili məktəblərinin sayını artırır. Təhsildə dərslik, məktəb tikintisi və s. məsələlər var, ziyalılar görüşdə bunları deyə bilərdi. Prezident hansı məsələni, problemi eşidir, ona diqqət ayırır. Ölkə başçısının ictimai rəyə ehtiyacı var, amma kimlərsə ictimai rəyi ondan gizlədir.

– Sizcə, siyahıda adınızın olmaması Mədəniyyət Nazirliyinin günahıdır? Çünki Rasim Balayev də çağırılmamışdı, nazir üzr istədi, prezident telefon açdı…

– Mən bu məsələni soruşmamışam, siyahını kimin tərtib etməsi ilə maraqlanmamışam. Düzdür, incidim, amma narahatlığım yoxdur, 25 il parlamentdə sözümü demişəm. Sadəcə, o görüşdəki adamlar sovet vaxtı da tədbirlərdə idilər, 30 il keçib yenə həmin adamlar oradadırlar. Onların arqumentləri, danışıq səviyyələri məni qane etmədi. Ziyalı qorxaq olmamalıdır. O görüşdə ziyalılar öz yaxınlarının, qohumlarının problemini qoymalı deyildi. Anarın yaxşı təklifi varıydı, dedi Ziyalılar Şurası yaradılsın, tez-tez toplaşıb müzakirələr aparmaq lazımdır. Millət Anardan daha çox şey gözləyir. Müdrik yaşındadır, onun əlavə nəsə deməyindən prezident də inciməzdi. Məsələn, Qarabağ kimi problemi olan millətin kinostudiyası bərbad gündədir. Bu məsələ qaldırılmalıydı, Qarabağ mövzusunda bədii və sənədli filmlər çəkilməlidir, kinostudiya təmir olunmalıdır, avadanlıq gətirilməlidir.

635x100

Şərhlər

Valehe cavab 2019-03-08 20:17:00

Ehsen qardash sovet doneminden ve ondan sonraki ilk illerde bu insan her zaman ikili oyun oynayib,hem nazir olan donemde hem millet vekili doneminde vetandash hafizesinde yaxshi bir nuansla qalmayi!!!...

Valeh 2019-03-08 20:17:00

S.Rüstəmxanlı olaraq siz heç vaxt heç bir hakimiyyətə müxalifətdə olmamısınız. İllərlə siz də baş girləmisininz. Ziyalı deyiləndə siz nəzərdə tutulmursunuz.Yetər bu ikibaşlı oyunlar. Sizin kimilərin də məsuliyyəti var və vaxt gələcək bunlar sizdən soruşulacaq. Fəzail İbrahimli, Fəzail Ağamalı, Güdrət Həsənguliyev və s. necə ziyalıdırlarsa siz də el ziyalısınız.

Qulu 2019-03-08 20:17:00

Səni tədbirə ona görə dəvət etməyiblər ki, Ziya Məmmədovun ən yaxın qohumlarındansan və onun təəssübün saxlayırsan.Mehman Hüseynov aclıq edəndə müxbirin sualından da ona görə yayındın ki, Mehman həm də Ziyanın mülklərindən də yazmışdı ...Həmçinin o qədər var dövlətə, imkanlara sahib olmusan ki, indi ancaq onu nə yollasa onları qorumaga calışırsan.Ara-sıra müxalıfıt kimi görünmək də buna xidmət edir.İnsanlar artıq hamını yaxşı tahıyır.

Mübarizlərə 2019-03-08 20:17:00

Separatizm dərin metastaz verib. Gənc şüara uyub dəmir pərdəni görmür. Fəlsəfə doxduru akademlə millətiimizi hay kimi türksoy deyil, etnos adlandırır? Sabir müellim, ata mülkü Qarabağı 1987nin fevralından saxlamağa çalışanların yerini noyabrda artıq öz Peşə uşaqları ilə tutmuşdu! Bu işdə Hakimiyyəti qəsb edənlər az deyil. Ancaq, Qarabagın bircə parçasına əhalisinin qayıtmasına de-fakto hüquqən demirəm, heç siyasi müddətini göstərən şəxs yoxdur? Ata-baba evindən kənarda tolerantl müstəqillik neçə il olur?

Mubariz. 2019-03-08 20:17:00

Siz ALLAH besdirin.Gop basmayin!Xalqin qeydine qalanlara bax.Ne ozuve catmir ne etmek ozucun qalib.Indi onu etmek isteyirsen.Gorursen camaat nece ayilib.Qabaqki vaxt deyil aldada bilmessen.Moize ve vaazlarin kečmez

t.ədalət 2019-03-08 20:17:00

Belə "şuralar" Azərbaycanı sarsıdır.Şəxsi mənafelərə görə xalqı çaş-baş salan ziyalıları yerində oturtmasaq, biz müstəqilliyimizi uzunömürlü edə bilməyəcəyik.Bu ziyalıların kimliyi,indi hamıya məlumdur.Hakimiyyət,xüsusilə Prezident əməlləri ilə qadın yaylığına bənzəyən "yumşaq ziyalılar"dan uzaq dayanmalıdır.Bu adamların yaradıcılığı kimi,mövqeləri də dəyərsizdir.Xalqın sevə bilmədiyi əsərləri ilə gündəmi zəbt etməyə çalışan yazıçıların gözü həmişə hakimiyyətin cibində olur..

AĞACAVAD 2019-03-08 20:17:00

Hörmetli Anar müellimin teklifi ile onlar üçün tikilen Şeherciye HEYDERABAD adı verilecek. Bu şehercikde ise Anar müellim demişgen:éBəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və DÜKANLAR olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq". Oradakı dükanı işledene meslehetim odur ki, gazancının çox olmasını isteyirse SABUNU bol etsin.

Miri 2019-03-08 20:17:00

Sabir bəy 20 il parlamentdə oturdun,nə qədər və neçə dəfə millətin problemlərindən danışdın. Real vəzifə sahibi idin və nə isə edə bilərdin.İnd bəllidir ki, danışmaqının səbəbi yenidən könlündən nələrsə keçir. Bəlkədə qayradılar....

Alı 2019-03-08 20:17:00

Mənim bir dostum YAP-ı yaradanlardan olub, 10-15 il YAP sədri olub.Vaxtıilə nazir olmuş, sonradan xain çıxmış bir oliqarxın qəzəbinə gəldiyindən bu adamı atıblar həyatın dibinə.10 ildən çoxdur nə özünə, nə övladlarına iş ala bilmir,döymədiyi qapılar qalmayıb.Butün nəyi var satıb, cana doyub, indi də ailəsi ilə PA qarşısında mitinq etməyə hazırlaşır.Bunlar öz əqidədaşlarına qarşı belədirsə sən nə hörmət gözləyirsən Sabir bəy.Bunlarda hər sey puldur.Və nəticəsi də belə olur- poçtalyonluq etməyə məcbur olurlar

Kənar adama XX-1-dən 2019-03-08 20:17:00

Zeynəb O vaxtki hakimiyyətin Hacı Məmmədovu, daha doğrusu şərlətib tutduran aləti idi. 3-4 ərəb ölkəsinə "kabatirovkaya-qastrafoya" gedib .... O dağlı həmişə xalqdan uzaq olub. İndi gərgin dövrlərdə Yapon İmperatorlarının (Z.H.) işi çətinə düşəndə onu yuyulmamış çömçə kimi ortaya çıxarırlar.

EJDER 2019-03-08 20:17:00

EWWI 25 IL NE ETMISEN M M...DE,KOMITEDE DE ONU EDECEKSEN...LAZIMI CAQIRIN GELSIN.BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN NAQILLARI TUKENIB,SEBRIMIZ TUKENEN KIMI...QAJQINLARIN BIR COXU EV SOHBETI ELEYIR.SONRASI COX YAXWI DEYIL,TORPAQLAR ELDEN GEDIR.YA ALLAH,HAYDI IRELI

Kənar adam 2019-03-08 20:17:00

Bəli, təəssüf ki, bütün bunlar belədir. Şair Qabil demişkən fəna olur işimiz, səhv düşəndə yerimiz. Zeynəb xanım səhnə ilə parlamenti səhv salır, bəziləri prezidentlə görüşlə padşahın hüzurunda olmağı səhv salır, nazir siyahıda adları səhv salır...

Indi danışmaq rahatdır 2019-03-08 20:17:00

Millət tanıyır kim kimdir? Qarabağ Yardım Komitəsi siz yox, rəhmətlik İman Mustafayev yaratmışdır. 25 il deputat oldunuz, əgər Tənzilə xanım mane olmasaydı, bəlkə bu gün də deputat olardınız. Yenə də düz danışmırsınız.İndi Rəsulzadə və başqa cümhuriyyət quranlar haqqında rahat danışırsınız. Hamının yaddındadır ki, Rəsulzadənin Gəncə abidəsi barədə Milli Məclisdə çıxışınız hələ internetdən silinməyib. Siz cavan yaşınızda nazir və deputat olmusunuz! İndi imkan verin qoy gənclər də işləsinlər!

Son yazılar