Metroda daha bir təhlükə

Metroda tibbi personalın olmaması gələcək təhlükədən xəbər verir

Son günlər havaların kəskin isti keçməsi metroda sərnişinlərin gediş-gəlişini çətinləşdirib. Xüsusilə qatarların tuneldə olduğu vaxt isti havanın təsiri insanların səhhətinə mənfi təsir göstərir. Tez-tez metroda sərnişinlər arasında ürək getmə, dil qatdalanma kimi hallar baş verir.

ANS PRESS-in müxbirinin şahidi olduğu belə hallardan birində gənc oğlanın tuneldə dili qatlanıb. Hadisə baş verən zaman oğlanın ətrafındakı insanlar gəncə yardım etsələr də bir nəticə əldə etmək mümkün olmayıb. Stansiyaya çatanda isə gənci çölə çıxarmaq lazım gəlib. Sərnişinlər metro işçisindən yardım edilməsi üçün xahiş edib. Özündə olmayan gənci metro işçisi stansiyadakı skamyalardan birinə uzadaraq üzünə su vurmağa başlayıb. Ona bu işdə polis əməkdaşı da kömək edib. Bu cür addım bir vətəndaş kimi yaxşı addım olsa da, əslində həmin şəxsə həkim tərəfindən ilk yardım göstərilməlidir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, metro stansiyalarda belə hallar baş verən zaman metro əmakdaşları ilk yardım edirlər:

"Metro stansiyada ilkin tibbi yardım üçün şərait var. Biz bütün hallarda bu cür hallar baş verərkən təcili tibbi yardıma zəng edirik və həkim briqadası dəvət edirik. Personalımız isə yalnız hadisə baş verən zaman ilkin yardım edə bilir".

Mütəxəssislərin fikrincə isə əslində metro stansiyalarda ən azı bir tibb işçisi olmalıdır. Çünki hadisə baş verən zaman kənardan çağırılan həkimin xəstəyə gec müdaxiləsi sonda bədbəxt hadisəyə səbəb ola bilər. Həmçinin, tibb işçisi olmayan şəxsin xəstəyə yanlış müdaxiləsi fəsadlara gətirib çıxarar. Ekspertlər hesab edir ki, bunun üçün Səhiyyə Nazirliyi ilə birgə iş aparılmalıdır. Yaxşı olar ki, Nazirlik lazım olan dərman preparatlarının siyahısını hazırlasın və Metropolitenə bu avadanlıqları təqdim etsin. Hər stansiyada bir həkimin olması da metroda hər hansı ölüm hadisəsi baş verməsinin qarşısını ala bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar