ABŞ Konqresi Krımın Rusiyanın tərkibi kimi tanınmasını prezidentə qadağan etdi

ABŞ Nümayəndələr palatasının Xarici əlaqələr komitəsi “Krımın işğalının tanınmaması haqqında” qanun layihəsini qəbul edib. Layihə Ağ Evə Krımı Rusiyanın tərkibində tanımağı qəti surətdə qadağan edir. Sənəd hər iki partiyanın nümayəndələri tərəfindən yekdilliklə dəstəklənib.

Yeni hüquqi aktda ABŞ-ın nə “de-yure”, nə də “de-fakto” yarımadanın, o cümlədən, onun hava məkanının və ərazi sularının Rusiyaya məxsus olduğunu tanımayacağı bildirilir.

Lakin ABŞ qanunvericiliyinə görə, ölkə prezidenti çox mühüm səbəblərə söykənərək, habelə ölkənin milli təhlükəsizliyinin maraqlarına cavab verdiyi təqdirdə, bu qadağadan imtina etmək hüququna malikdir.

Buna rəğmən bu il martın 5-də Donald Tramp Krımın işğalına görə Rusiyaya 2014-cü ildən bu yana tətbiq olunan sanksiyaların müddətini 1 il daha uzadıb.

Bundan daha öncə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə nümayəndəsi Kurt Volker Rusiya Krımı Ukraynaya geri qaytarmayana qədər ölkəsinin ona qarşı mövqeyini daha da sərtləşdirəcəyini bildirmişdi.

K.Volker Birləşmiş Ştatların heç bir halda yarımadanın qeyri-qanuni ilhaqı ilə barışmayacağını və bununla razılaşmayacağını söyləyib.

Bundan başqa ABŞ rəsmisi Rusiya hakimiyyətinin Krımda insan hüquqlarının kütləvi surətdə pozulmasına görə məsuliyyət daşıdığını da bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar