İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli ölüb, onlarla insan xəsarət alıb

Qəzza sektoru ilə sərhəddə İsrail hərbçiləri ilə toqquşmalar zamanı bir fələstinli həlak olub, onlarla insan xəsarət alıb.

"Report" xarici mətbuata istinadla xəbər verir ki, qarşıdurmalar Rafah şəhərində baş verib.

Bildirilir ki, qarşıdurmalar zamanı ümumilikdə 42 fələstinli yaralanıb. Daha bir nəfər isə aldığı ağır xəsarətdən ölüb.

Daha əvvəl İsrail ordusu Qəzza zolağının şərq sərhədində dinc sakinlərin etiraz aksiyasını dağıdan zaman 4 fələstinli xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar