LOTU QULİ DUBAYDA “LÖVBƏR SALIB” – Türkiyəni tərk etmək məcburiyyətində qalıb

Rusiya KİV-nin məlumatına görə, Nadir Səlifov yeni mənzil-qərargah məsələsini qəti şəkildə həll edib

Rusiya KİV-nə məlum olub ki, «qanuni oğru» Nadir Səlifov (Lotu Quli) Dubayda lövbər salıb və buradan fəaliyyətini davam etdirir. Quli orada özünü müxtəlif ölkələrin, ilk növbədə, Rusiyanın güc strukturlarından tam təhlükəsiz şəraitdə hiss edə bilər. Amma Rusiyada müstəntiqlər ona çoxsaylı suallar vermək istərdilər...

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bir müddət Azərbaycanda olduqdan sonra, Səlifov bu ölkəni tər kedib və hazırda Dubaydadır. O, yaxın dövrdə orada «ləngiməyi» planlayır. Səlifovun Rusiyadakı çoxsaylı qruplaşmaların idarə olunması mərkəzi indi məhz Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşir. Nadir hər gün internet vasitəsilə onlarla rabitəyə girir və öz tapşırıqlarını verir.

Mənbənin məlumatına görə, son vaxtlar Lotu Qulinin nümayəndələri Rusiyada görünməmiş fəallığa baş vurublar - əməliyyatçılar isə onlarn «ovlanması» ilə məşğuldurlar. Bu yaxınlarda «oğru»nun adamları Dolqoprudnıda və Moskvada saxlanıb, Sverdlovski vilayətində və digər bölgələrdə isə onların görünməmiş fəallığı barədə məlumatlar yayılır. Hazırda bütün bazarlar və digər kommersiya obyektləri üzərində (əvvəllər Rövşən Caniyevin nəzarəti altında olanlar) kriminal nəzarət Səlifova keçib. Digər azərbaycanlı «qanunçular» onunla müharibəyə girməməyi üstün tuturlar. Ona müxalif olan isə təkcə Rövşənin (Lənkəranski) qohumu Zaurdur. O, yaxın vaxtlara qədər Moskvada olub. Ancaq məlum olanda ki, Qulinin adamları ona bu gün-sabah divan tuta bilərlər, Zaur qaçmağa üstünlük verib və onun «izləri itib».

Quli «oğru» dünyasının avtoritetləri ilə əlaqələri də yaddan çıxartmır. Mənbənin məlumatına görə, o, periodik olaraq Moskvadakı «qanunçular»la əlaqəyə girir və müxtəlif hadisələr barədə öz fikirlərini onlara çatdırır.

Belə ki, bu yaxnlarda o, Konstantin Borisov (Kostıl) barədə vəziyyətlə bağlı öz fikirlərini bildirib. Həbs düşərgəsində olan Borisov «kriminal general» Sulxan Mjaviya (Sulxan) və Ruslan Qeqeçkorinin (kiçik Şlyapa) tacdan məhrum edilməsi barədə «malyava» imzalayıb. Sonuncunun böyük yoldaşları təsdiqəyirlər ki, bu hərəkət islah düşərgəsi administrasiyasının xeyirinə edilib. Kostıl azadlığa çıxmazdan əvvəl Ruslan klanının nümayəndələri, ilk növbədə Roland Qeqeçkori (Roland Şlyapa) və Merab Mzarelu (Duyake) Borisovla haqq-hesab çəkmək üçün «qanuni oğru»ların düşərgəsində dəstək axtarmağa başlayıblar. Onlar o cümlədən, Səlifovun köməyinə ümid bəsləyiblər. Çünki onun da Roland Şlyapa və Duyake ilə son vaxtlar isti münasibətləri formalaşıb. 2018-ci ilin dekabrında Kostıl azadlığa buraxılıb, amma heç bir «razborka» baş veməyib.

Bu yaxınlarda Səlifov Moskva ilə rabitəsi zamanı bildirib ki, Borisovla bağlı situasiyaya müdaxilə etməyə hazırlaşmır.

Guli (1)

Xatırladaq ki, bundan əvvəl Qulinin mənzil-qərargahı Türkiyədə olub, ancaq 2018-ci ilin payızında gözlənilmədən onu saxlayıblar. O vaxtdan üzübəri Qulinin eksdradisiyası üçün Rusiya İnterpol vasitəsilə müvafiq sənədləri iki dəfə İstanbula göndərib. Səlifov Rusiyada cinayət məcəlləsinin 126 (adam oğurluğu) və 163-cü (dələduzluq) maddələri ilə təqsirləndirilir. Ancaq Rusiya tərəfin sorğusuna Türkiyədlən heç bir cavab verilməyib. İstanbulda Qulinin Rusiyaya verilməsi üçün saxlanmadığını gizlətməyiblər. Nəticədə, onu Azərbaycana qaytarmağa üstünlük veriblər. Amma Səlifov burada da uzun müddət qalmayıb və qərara gəlib ki, BƏƏ-ə fəaliyyət göstərmək daha rahat olar.

AzPolitika.info

635x100

Şərhlər

Ziyalıya 2019-03-09 00:01:58

Belə "lotu"lardan istifadə edərək bir çox görkəmli şəxslər məhv edilir və izləri itirilir.(Ziya,Elmar,Rəhimov,və sair ).Sonra isə bacarıqlı,müsbət adam kimi reklam edilirlərBu biabırçılıqdır.

kriminalist 2019-03-09 00:01:58

Besti bu gyli gyli lari reklami cevirmisinuz elitaja ajib olsun

ziyali 2019-03-09 00:01:58

Respublikamizin guc strukturlarini ona gore alqishlamaq lazimdir ki,bunlarin birini de daxilde bash qaldirmaga qoymurlar.Mehkemelerimiz de bunlara qarshi movqelerinin bir az da sertleshdirseler yaxshi olar.Bir de ki, bunlar xaricde esasen de Rusiyada ozumuzunkulere dolya qoyurlar.

Vahid 2019-03-09 00:01:58

.......Belə adamları ortaya çıxarmaq.təbliğ etmək nə millətə,nə dövlətə şərəf gətirməz!Belə hl dövlət siyasətində cinayətkarlığı təbliğ etmək olur.Məlumatlar yazanda bir az düşünmək və diqqətli olmaq önəmlidir.Belə təbliğatdan gənclərimiz nə götürəcək? Br də ki, lotu sözünü anlamaq lazımdır ki. lotuluq cinayət törətmək,təşkil etmək deyil.Bunun mənası tam başqadır.

Şərif 2019-03-09 00:01:58

"Lotu" termini ictimaiyyətə uyğun olmayan şəxslərə aid edilən termin olduğundan və mənfi xarakteriszə olunduğundan bu terminin mətbuatda istifadəsi və təbliğ edilməsi doğru deyil.Bu tərbiyəvi xarakter daşımır.

Oxucu 2019-03-09 00:01:58

Gôzumuz Aydın quli dubaydadir

pensioner 2019-03-09 00:01:58

Lotu-potuların təbliğatını birdəfəlik qurtarın,gənclər onlardan uzaq olsa bir o qədər yaxşıdır.Xaricə köç edən və gənclərin tanımadıqları əsl elm,sənət adamları haqda məlumatlar dərc edin.

Son yazılar