DÖVLƏT QULLUQÇULARININ MAAŞLARI ARTIRILDI - Sərəncam

Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"AzPolitika.info"  sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir”.

635x100

Şərhlər

razı 2019-03-09 14:27:52

Görəsəsn bizdən başqa hansısa ölkədə dövlət qulluqçusu sözü varmı..bəyəm biz dövlətə qulluq etmirik (müəllim,həkim,mühəndislər və s..) bu nə məntiqdir anlamıram..

Vətəndaş 2019-03-09 14:27:52

ÖLKƏNİN MİLLƏTİN XALQIN MƏMURLAR TƏRƏFİNDƏN TALANMIŞ,OĞURLANMIŞ 100 MİLYARDLARLA MİLLİ SƏRVƏTİ,PULU, QAYTARIB KASIB,AC ƏHALİYƏ VERMƏK LAZIMDIR Kİ,GƏRGİNLİK ARTIB FƏLAKƏTƏ DOĞRU GETMƏSİN. OĞRULARDAN MİLLƏTİN PULUNU HARDADIRSA ZORLA XOŞLA QAYTARMAQ LAZIMDIR. QULDURLAR HANSI Kİ MİLLƏTİ UZUN İLLƏR QUL KİMİ İŞLƏDİBLƏR İNDİ BAŞA DÜŞMƏLİDİRLƏR Kİ,OĞURLADIQLARINI QAYTARMASALAR ÖZLƏRİNİ DƏ XALQI DA FƏLAKƏTƏ DOĞRU APARIRLAR. .... MİLLƏT DƏ ÇÖRƏK PULUNA,DƏRMAN PULUNA EHTİYACI OLA. İNSAN ALLAH QARŞISINDA İNSANİYYƏTDİYİ,İNSAN OLMAĞINI GƏRƏK YADDAN ÇIXARMASIN. ALLAH BİRDƏN ELƏLƏRİNİ GÖTÜRÜB KƏLLƏSİ ÜSTƏ YERƏ ELƏ VURUR Kİ, QAN QUSUR VƏ O BİR DƏ İNSAN OLA BİLMİR. ÖZGƏLƏRİNİN ÇÖRƏYİNİ, HARAMI NECƏ YEMƏK OLAR? ALLAHDAN QORXUN.

Sənan Ələsgərov 2019-03-09 14:27:52

Çox qəliz sərəncamdır . Konkekt olaraq yazılmır

RİZVAN 2019-03-09 14:27:52

Gözünüz aydın.soğanda 1 manat oldu.2000-ci illərədən əvvəl xaricdən alma gəlirdi.2 manatdan baha olmurdu.indi "tikilmiş soyuduculardan" alma gəlir 2 manatdan ucuz olmur.İnkişaf göz qabağındadır.

İşsiz 2019-03-09 14:27:52

Dama-dama göl olar. Yoxa lənət! Olmasa nə olacaqdı ki? Bu günə şükür. Alqışlanmalıdır. Ura!

Abit 2019-03-09 14:27:52

Teqaüdçüye;dövlet qulluqçuları dövlete xidmet edir,teqaüdçüler yeqin bilinmir kime

Analitik 2019-03-09 14:27:52

..hansi ki, bu statusda olan muessise ve idareLerin bir choxu (evvelden de) dovlet idareLeridir. Orada xeyLi (imkanLi ve imkamLari zeif) zehmetkeshLer chaLishirLar.. Bu mevacib artimLarin ise, hemin muessise ve teshkilatlarin oz insafLarina qaldigini ve ya (bezi biLenLer) bunun hasisa "ixtisarLar"dan sonra tetbiqini soyLeyeyirLer.. (

Analitik 2019-03-09 14:27:52

EfsusLar olsun ki, neche iLLerdir mevacibler ve sosial destekLer chox zeif shekiLde gedirdi + cuzi artim olan kimi de, dukan ve marketLerde maLLarin qiymetLerini elece de, neqLiyyat haqqlarini qaldirmaga bashLayibLar.. Bele olan haLda ise, gelir (praktiki) umde telebLeri bele, odemek qabiLiyyetine maLik olmur.. HormetLi Prezidentin (ve Xanimin) apardigi bu diqqetLi islahatlar teqdireLayiqdir. Ancaq (qerar hisse-hisse veriLdiyinden) bezi sahelere elece de, "publik shexs" statusLarina shamiL ediLmeyib..

təqaüdçü 2019-03-09 14:27:52

Görəsən 30-40 il bu dövlətə əmək haqqından vergi ödəyən və indi pensiyad olan vətəndaşların güzəranı niyə nəzərə alınmır? Axı 5 manat 60 qəpik artım saymaq gülüncdür.Niyə bunlar nəzərə alınmır?

Son yazılar