İstirahət gününün hava proqnozu

Sabah Bakıda 32-37, rayonlarda is 33-38 dərəcə isti olacaq

Sabah Azərbaycan ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, 24 avqustda Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda isə gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar