“Qarabağ” şansını qaçırdı - Topaz Premyer Liqası

Martın 9-da futbol üzrə Topaz Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib.Virtualaz.org bildirir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda autsayder “Zirə” komandası ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu oyundan sonra “Qarabağ” xalların sayını 42-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. Hesabında 41 xal olan “Neftçi” ikinci yerdədir. Liderə nisbətən bir oyun az keçirən paytaxt komandası martın 10-da səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq. Yəni onun yenidən vahid lider olmaq şansı var.

Xatırladaq ki, 20-ci turun ilk oyununda “Keşlə” komandası “Sabah”a 3:0 hesabı ilə qalib gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar