OQTAY ƏSƏDOVA MOSKVADAN VURULAN "ZƏRBƏ" - Spiker niyə susur? +  FOTO, VİDEO

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları bu mövzunun üzərindən sükutla keçsə də, sosial şəbəkələrdə, "YouTube"da bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri 100 minlərlə şəxs izləyib.

Məlumatın Azərbaycanda belə diqqəti cəlb etməsinin səbəbi isə, həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialardır. Belə ki, yayılan xəbərlərdə bildirilir ki, Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda “Kapriz” adlı sauna-striptiz klub yerləşır.

Həmin obyektin isə Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi iddia edilir. Təqdim olunan sənədlərdən görünür ki, “Kapriz” adlı striptiz klubun yerləşdiyi əmlak Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. "Arizarum Qrup" MMC 10 000 rubl Nizamnamə kapitalı ilə qeydə alınıb.

“Kapriz” striptiz klubunun real bazar dəyəri isə aşağıdakı sənəddən də gördüyünüz kimi, 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edir.

Məlumatda vurğulanıb ki, Əsədovanın adına olan obyektdə polisin əməliyyat keçirməsinin səbəbi qonşuların şikayəti olub. Daha dəqiqi, orada narkotik maddələrin satılmasına dair verdikləri məlumat olub. Əməliyat zamanı bu faktın təsdiqini tapdığı iddia olunur. Hadisə barədə KİV-də reportaj da yayılıb. 

Qeyd edək ki, əməliyyatın bir neçə il əvvəl həyata keçirildiyi, ancaq hansısa səbəblərdən məlumatın indi yayıldığı vurgulanır. Bu iddia doğrudursa, məlumatın vaxtilə hansı şərtlərlə gizlədildiyi, qarşılığında nə istənildiyi və eləcə də indi niyə dövriyyəyə buraxıldığı kimi suallar yaranır...

Hazırda qəribə və təəccüb doğuran hal odur ki, nəinki Azərbaycanda, ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan bu xəbər barədə nə Azərbaycan Milli Məclisinin mətbuat xidməti, nə də Oqtay Əsədovun özü və ailəsi hər hansı açıqlama ilə çıxış etməyib. Buna ehtiyac duymayıblar, yoxsa deməklərə sözü yoxdur, bilmirik...

Sadəcə yerli media orqanlarından birində belə bir məlumat yaydırılıb ki, Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında "Kapriz” adlı qadınlar üçün striptiz-klubla yanaşı tamamilə başqa istiqamətdə "Kapriz” adlı sauna-hamam fəaliyyət göstərir. Oqtay Əsədovun xanımının adına olan da həmin klub deyil, sauna-hamamdır.

"Polisin narkotiklə bağlı əməliyyatı da Oqtay Əsədovun xanımına aid olduğu iddia olunan obyektdə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə keçirilib", - deyə məlumatda bildirilib.

Bu məlumatlardan hansı həqiqəti əks etdirir, bilmirik. Ancaq əvvəla, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərilik edən bir şəxslə bağlı belə biabırçı, geniş əks-sədaya səbəb olan məlumat yayılırsa, bununla bağlı açıqlama verilməsi zəruridir. İctimaiyyətə yayılan məlumatların nə qədərinin həqiqət olduğu, obyektin nə zaman, hansı pulla alındığı, kim tərəfindən işlədildiyi  kimi məsələlər ətrafında izahat verilməlidir.

İkinci, Azərbaycan parlamentinə rəhbərlik edən, uzun illərdir ölkədə yüksək vəzifələrdə çalışan bir şəxsin ailə üzvləri hansı səbəbdən, hansı pulla və nəyə görə başqa bir ölkənin paytaxtında klub və ya sauna alır? Bu hansı ehtiyacdan yaranıb: pullarını ölkədən çıxarırlar, yoxsa köçüb gedib Moskvada yaşamağa hazırlaşırlar?

Üçüncüsü, 10 milyon dollardan yüksək qiymət qoyulan belə bir obyekti Oqtay Əsədovun xanımı hansı vəsait hesabına əldə edib? Oqtay Əsədov 2005-ci ildən parlamentə rəhbərlik edir. Hər seçkidə özünün və ailəsinin əmlakı barədə MSK-ya hesabat verir. Hesabatlarında xanımının adına Moskvada belə bir obyektin olduğunu qeyd edibmi? Etməyibsə niyə gizlədib?

Əlbəttə, Oqtay Əsədov "kristal adam" deyil. Onun "Azərsu" ASC-yə birbaşa rəhbərlik etdiyi illərdə hansı "əməliyyatları" reallaşdırdığına dair çoxsaylı yazılar dərc olunub. Eləcə də parlamentə rəhbərlik etdiyi ilk illərdə nəzarətində olan "Azərsu" vasitəsilə reallaşan iri həcimli layihələrdən (məsələn, Oğuz- Qəbələ - Bakı su kəməri) böyük pullar götürdüyünə dair iddialar var. Həmin vaxtlar başqa vəzifəli şəxslər kimi onun da bu pulları hansısa biznes sahələrinə yatırması təəccüb doğurmaz.

Ancaq bu gün Oqtay Əsədov Azərbaycan parlamentinin sədridir, ölkənin qanunverici hakimiyyətinin başçısıdır. Siyasi vəzifə daşıyır. Belə bir mühüm dövlət vəzifəsini daşıyan adamın başqa bir ölkənin, xüsusən də Rusiyanın paytaxtında obyekt alması nə qədər doğrudur? Üstəlik də, bu obyekt striptiz klub və ya sauna kimi işlədilirsə...

Məgər Əsədov bilmirdi ki, bu faktdan Rusiya və ya başqa bir ölkə Azərbaycan dövlətinə, onun rəhbərliyinə qarşı istifadə edə bilər? Necə ki, bu gün edirlər... 2014-cü ildə keçirilmiş əməliyyatın videosüjetini və sənədləri yayaraq, Azərbaycan dövlətini ağır ittihamlar qarşısında buraxırlar. Bundan da həm xaricdə Azərbaycan dövlətinin əleyhinə iş aparan təşkilatlar və şəxslər, həm də müxalifət partiyaları istifadə edirlər...

Azərbaycan parlamentinin mətbuat xidməti və Oqtay Əsədov isə susur. Bəlkə də bilmirlər ki, susmaq heç də həmişə qızıl deyil!...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Habil 2019-03-12 19:59:57

Bu da öndə gedən zəncirli!Ölkə soyulub,bir yazıq,yetim millət qalıb ,bir də soyğunşu ....birliyi!

Roman 2019-03-12 19:59:57

..... Uyda.Spikerin arvadinin adina.Yeqin striptiz gosterenleride cox yaxindan taniyirmishlar.Prinsip beledir.Bunlar ishe ancaq qohum eqrebeni gotururler.

Pisi 2019-03-12 19:59:57

Umumiyyetle teklif ediremki 80 kq artiq cekisi olanlardan heckim vezifeye teyinat almasin cox yeyirler

Amon 2019-03-12 19:59:57

Eslinde butun memurlarin bele boyuk biznesleri var bunnanda tebii ki yuxarilarin herzaman xeberi olub bu deqiqdi.sadece kimi vurmaq lazimdisa o zaman bunlarin biznesi haqda metbuata melumat oturub onlari cemiyyete yaxsica soydurub sonra isine son verilirki guya cemiyyet narazidi eslinde ise maraqlar duz gelmir.hal hazirda qerbi azerbaycanlilar vurulur deye onlarin biznesinnen yazilir

Əliabbas 2019-03-12 19:59:57

Belə syğunçuluğun.talanın,insanların hüquqlarının pozulması hallarının,ölkədə kasıblığın bir əsas səbəbi.... idarəçiliyin qəsd edilərək şəxsi məqsədlərə yönəlməsidir.Buna isə yekunda kim cavab verməlidir? Məzlum günə salınmış azərbaycan milləti ,yoxsa ortaya atılmış milliyyəti qaranlıqlar......Azərbaycana nə olmuşdu ki, yeni Azərbaycan çıxdı? ........

Azərbaycanlı 2019-03-12 19:59:57

Talan ölkə! YAP-çılar."Yeni" azərbaycanlılar peyda olandan sonra ölkə nə günə salındı?Kim bunun məsuliyyətini daşıyr?Nə qədər ölkə əhalisiölkəni tərk etməli olduğunun fərqində olan varmı?j

Arizarum qrup 2019-03-12 19:59:57

---------.

Veteran 2019-03-12 19:59:57

Ancaq mene bele gelir ki, olkenin budcesi qeder vesait talayan memurlarla muqaisede spikerin kabinetinde namaz qilmaq olar

Eloğlu 2019-03-12 19:59:57

Bu məsələdə AR dövlət təhlükəsizliyi necə təhlükəyə alındığı ortaya çıxır. Adi şantaj yolu ilə kimlərin Vətənimizi satdığını yaxın keçmişimizdə gördük. Qəpik-quruşa satırdılar. Burada isə 10 mln-lardan söhbət gedir və həm də dövlətin 4-cü adamının statusundan. Rusiyada bütün məmurlarımızın biznesləri var. Rusun 1 barmağının işarəsi ilə məmurlarımız Qarabağın işğaldan azad olmasına qarşı olacaqlar. Çünki Qarabaö azad olsa, Rus bizə təsir imkanların ən ciddisindən məhrum olacaq. Bir fikirləşin. ...

Fərəməz 2019-03-12 19:59:57

YAP-ın qabaqda gedənlərinin biznesini yoxlayan. olsa bilirsiniz nə qdər monopoliya,talançılıq,oğurluq halları ortaya çıxar.Ölkənin varidatı xaricə daşınır,xaricdə iş yerləri,otellər və sair yaradırlar.Bunları Azərbaycanda niyə etmirlər? Buradan köçəcəklərinimi düşünürlər?AXı bu Yeni Azərbaycançılıq yox,yeni soyğunçuluqdur!

taqi- kecmis qafanli 2019-03-12 19:59:57

qerbi azerbaycanlilara qarsi hucum basladi deyesen

Birazyeraz 2019-03-12 19:59:57

Hələ bu harasıdır? Bu astagəl spikerin fəaliyyətini bir balaca araşdıranda görərsiniz ki, MM-dəki bacısı oğlu F..dın və MM işçisi İd..k adlı .... vasitəsilə bir sıra rayonlarda nə qədər torpaq sahələrini qamarlayıb, astaca MM-ə gətirdiyi şəriklərilə (məs. Rə..d) nə qədər biznes obyektlərinə sahibdir və s. və i.a… Октай Сабирович! «Все тайны рано или поздно будут явными» Сократ так сказал и эпохально доказан!

Qabil 2019-03-12 19:59:57

TALANÇILAR KEFLƏRİ NƏİSTƏYİR ONU DA EDİRLƏR. DÖVLƏTİN XALQIN MİLLİ SƏRVƏTİNİ PAYINI OĞURLAYIB, BURADA VƏ DÜNYANIN HƏR YERİNDƏ ÖZLƏRİNƏ BİZNES QURUR,ƏMLAK ALIR, OBYEKTLƏR ƏLDƏ EDİRLƏR. BURDA DA MİLLƏT YOXSULLAŞIB ACINDAN ÖLÜR,BORC XƏRC İÇİNDƏDİRLƏR.

Azərbaycanlı 2019-03-12 19:59:57

Azərbaycan talançlı və soyğunçu..... ölkədə normal həyat mümkün olmayacaq.Bunlar atıq bütün qırmızı xətləri keçiblər.

AYRİM 2019-03-12 19:59:57

Ölkədə bütün rıcaqlar naxcıvan qriplaşmalarının əlinə kecməlidir. Ermənistanlıların axiri catıb eleoğlu. Bu bxımdan beləməlumatlar təsadüfü ötürümür. Necə ki son təyinatlara bax. ikincisi də axi millətin 30 faizindən coxu məhs ermənistanlilar dəyilmi? İsdər ziyali isdər invalid və isdərsə də həkim, müəllim və nəhayət məhkumlar...

yusif-1313 2019-03-12 19:59:57

Spiker bu haqda AzƏRBAYCAN Dövləti bə Azərbaycan xalqi qarşisinda hesabat verməyi özünə layiq bilmir.

yengibar 2019-03-12 19:59:57

Təəccüblü heç bir şey yoxdur.Bu ölkədə vəzifə, talamaqdır.

Anonim anonim 2019-03-12 19:59:57

Başqa bir mənbəyə görə polis əməliyatı vaxtı ........

Son yazılar