İranda daha bir güclü zəlzələ

Srumar şəhərində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb

İranda daha bir güclü zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzdən bildirilib ki, İranın Kirmanşah vilayətinin Srumar şəhərində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Təbii hadisə Tehran yerli vaxtı ilə saat 00:36-da qeydə alınıb.

Zəlzələnin 15 km dərinlikdə baş verdiyi bildirilib. Təkanların episenteri Srumar şəhərindən 20 km məsafədə qeydə alınıb.

Yeraltı təkanların törətdiyi fəsadlar və insan tələfatı barədə hələlik məlumat verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar