JURNALİSTLƏR NAZİRLƏ BİRLİKDƏ AĞAC ƏKDİLƏR - Bakıda "Yaşıl qələm" bağı salındı (FOTOLAR)

Bu gün Bakının Zığ şosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə jurnalistlərin ağacəkmə aksiyası keçirilib.

"Bu yaz özün bir təbiət yarat" adlı kampaniya çərçivəsində baş tutan aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, onun müavinləri və ETSN-nin rəhbər şəxsləri ilə birlikdə 100-ə yaxın media nümayəndəsi iştirak ediblər.

Kampaniya çərçivəsində 3 hektardan çox ərazidə 2 mindən çox ağac əkilib. Əkilən ağacların əksəri meyvə - yapon əzgili, feyxoa, nar, ərik ağaclarıdır. Bağa "“Yaşil Qələm” - Jurnalistlər bağı" adı verilib.

Tədbirin sonunda ekologiya və təbii sərvətlər nazir Muxtar Babayev jurnalistləri ərazidə qurulmuş çadırda çay süfrəsinə dəvət edib. Nazir jurnalistlərlə söhbət edib, onların təkliflərini dinləyib.

635x100

Şərhlər

elcin- iki sahil 2019-03-10 18:57:16

men cenab nazir muxtar babayevi isguzar- tesebbuskar- en nehayet semimi bir insan- kimi taniyiram. Ona gore de inaniram ki onun jurnalistlerle bige heyata kecirdiyi is onun semimiyyetinden ve azad soze- doqru emele musbet munasibetinden ireli gelir- Size uqurlar

TALİS 2019-03-10 18:57:16

Zix ərazisində qumsalliq və neftli külək olan yerdə özüdə şəkildə gördüyünüz kimi müeyvə və hətta nə qədər gülməli olsada mşmulat yəni sitrus meyvələrə aid ağac bitməsi cox cətindir onu kampaniya xətrinə əkir daha bu o demkdir ekalogiyanin sonu catıb. Mn tam məsuliyyətimlə deyirəm ki bu əkilən ağacların 20 faizi belə bu ərazidə qumsalda bitməyəçək. Üstəlik külək və həmin ərazinin radiasiya normasından dəfələrlə cox olması da var.Bağban həyətdə bu ağacları becərə bilmir

Son yazılar