Leyla Yunusa sovqat və dərman çatdırıldı

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusa sovqat və dərmanları çatdırılıb.

Leyla xanıma baş çəkmək üçün bu gün Milli Şuranın və Siyasi Məhbusları Müdafiə Komitəsinin sədri Cəmil Həsənli ilə Yunuslar ailəsinin dostu Azad İsazadə Kürdəxanıda olublar.

Cəmil Həsənli azadliq.info-ya bildirib ki, Leyla xanımla görüşə icazə verilməsə də, sovqatı qəbul ediblər. Ən mühümü isə Leyla xanımın dərmanları da həkim baxışından sonra qəbul olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar