İNDİ MÜHARİBƏ APARMAQ OLAR! - Kəşmirdə silahlı münanişənin qəflətən qızışmasının səbəbləri...

Dehli Vaşinqton və Pekinlə birlikdə, özünü «böyük üçlük»də görür

Pakistan-Hindistan sərhədində yenidən atışma qeydə alınıb. Bu çoxillik müqaqişənin yenidən qızışması səbəbilə, dünya gərginlik yaşamaqda davam edir.

Xatırladaq ki, fevralın 19-da Pakistan islamçı qruplaşmasının döyüşçüsü Hindistanın Cammu və Kəşmir ştatında Hindistan polisinin karvanı keçən şossedə özünü partladıb - xeyli polis həlak olub. Cavabında Hindistan hərbi-hava qüvvələri (HHQ) terrorçularn Pakistan Kəşmirində yerləşən hərbi düşərgəsinə zərbə endirib. İki ölkə hərbçilərinin bildirdiyinə görə, bir neçə hava döyüşündən sonra Hindistan və Pakistan təyyarələri vurulub və sərhəddə minaatanlar işə düşüb.

Əhalisinin sayını göstərən siyahıda Hindistan və Pakistan dünyada uyğun olaraq, ikinci və beşinci (1,395 milyard və 213,671 milyon nəfər) sıradadır. Britaniya imperiyasının dağılmasından sonra - 1947-ci ildən üzübəri onlar artıq 4 dəfə (1947, 1965, 1971 və 1999-cu illər) Kəşmir uğrunda bir-biri ilə döyüşüblər. Bu ərazi üzərində suverenlik məsələsi hələ də həll olunmamış qalır və iki ölkə arasında münasibətlərin normallaşmasına imkan vemir...

Mütəxəssislər münaqişənin məhz nə üçün indi qızışması və tammiqyaslı müharibəyə çatması ehtimalı barədə müxtəlif fikirlər səsləndirirlər. Ümumiləşdirilmiş mövqe xeyli düşündürücüdür.

Bu dövlətlər arasında problem, yuxarıda qeyd etdiyimiz kimi, 1947-ci ildə Britaniya Hindistanının bölünməsindən üzübəri həll olunmamış qalır. Hazırkı münaqişəyə gəlincə isə, Pakistan tərəf Hindistan HHQ tərəfindən öz ərazilərinin atəşə tutulmasını təcavüz aktı kimi qəbul edir və bunun Hindistanın Baş naziri Narendra Modiyə məhz indi lazım olduğunu bildirir - Modinin cari ilin aprel ayında keçiriləcəyi gözlənilən parlament seçkiləri öncəsi öz mövqeyini möhkəmləndirmək məsələsində bu problemdən faydalanmaq cəhdi göstərdiyini düşünür.

Hindistan tərəf isə bu atışmaları Pakistan tərəfdən qaynaqlanan (qaynaqlana biləcək) təhlükələrə qarşı antiterror fəaliyyəti kimi təqdim edir.

Baxmayaraq ki, buna qədər hər iki tərəf bir-biri ilə artıq 4 dəfə döyüşüb, amma böyük ehtimalla, indiki hadisələr tammiqyaslı hərbi aksiyaya gətirib çıxarmayacaq. Çünki hər iki dövlət nüvə silahına malikdir və qırmızı xətti keçməmək məsələsində onların ikisinin də hərbçiləri məsuliyyət daşıyırlar.

Bundan başqa, beynəlxalq birlik mütləq şəkildə, Cənubi Asiyada daha bir gərginlmk ocağının yaranmasında maraqlı deyil. Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, bu bölgə daha intensiv inkişaf edən, amma ən az inteqrasiya etmiş ərazidir.

Burada iqtisadi layihələr daha çox Çin və Pakistan üçün maraq kəsb edir. Çinin «Yeni ipək yolu» layihəsinin bir hissəsi olan Çin-Pakistan iqtisadi dəhlizi (ÇPİD) məhz mübahisəli Kəşmirdən keçir. Təbii olaraq, bu layihə Hindistan tərəfinin neqativ reaksiyasına səbəb olur. Belə ki, Hindistan ÇPİD-nin yaradılmasını öz suverenliyinə bir təhlükə hesab edir. Bu məqamda xatırlamaq lazım gəlir ki, Hinlistanın Çinlə də ərazi mübahisəsi var.

Bütün bunlarla bərabər, mütəxəssislərin fikrincə, beynəlxalq birlik bu bölgədə vəziyyətin gərginləşməsində maraqlı deyil. Artıq məlumdur ki, vəziyyətin tənzimlənməsi üçün Rusiya, ABŞ, Britaniya, Çin kimi dövlətlər və Avropa İttifaqı öz xidmətini münaqişə tərəflərinə təklif ediblər.

Qeyd etmək lazımdır ki, əlbəttə, Hindistanın beynəlxalq birliyin gözləri qarşısında terrorçu obrazını yaratmağa yönəlik cəhdlərinə baxmayaraq, Pakistan terrorçu dövlət deyil. 2000-ci ildə Pakistan terrorçuluqla mübarizə məsələsində beynəlxalq koalisiyaya qoşulub və bu mübarizədə böyük insan itkiləri verib - 70 min pakistanlı, o cümlədən, hərbçilər terrorçuluğa qarşı bu müharibənin qurbanı olub. Pakistan hərbçiləri öz ərazilərində apardıqları «təmizləmə» əməliyyatları nəticəsində Pakistan taliblərinin sıxışdırılaraq, qonşu Əfqanıstana keçməsinə nail olublar.

Baş nazir İmran Xanın rəhbərliyi altında Pakistanın yeni hökuməti 2018-ci ildə parlament seçkilərində qalib gəlsə də hələ ki, terrorçuluqla tam həcmdə mübarizə aparmaq imkanına malik deyil. Bu səbəbdən, Pakistan Hindistanla hərbi münanişənin qızışmasında da maraqlı deyil, çünki ölkədə bunsuz da böyük iqtisadi və maliyyə çətinlikləri yaşanmaqadır.

Çinlə birgə iqtisali layihələrdən Pakistanın gözlədiyi iqtisadi yüksəliş ümidləri də qonşularla hərbi-münaqişəli vəziyyəti nəzərdə tutmur. Pakistanın bu niyyətdə olmadığını son günlər yaşanan gərginlik fonunda, Baş nazir İmran Xanın atdığı xoşməramlı addımlar da təsdiqləyir. Bu sıradan əsir götürülmüş hindistanlı pilotun bir neçə gün əvvəl vətəninə qaytarılması nümunəsini xatırlamaq kifayətdir...

Məsələ burasındadır ki, Pakistan bu münaqişənin həlli məsələsində Birləşmiş Millətlər Təşkilatının (BMT) 1949-cu ildə qəbul etmiş olduğu qətnamənin şərtlərinə söykənir. Sözügedən sənəd Kəşmirdə plebisit keçirilməsini nəzərbə tutur. Nəzərə alsaq ki, Kəşmirin əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarətdir, böyük ehtimalla, belə plebisitin nəticəsində ərazi Pakistanın nəzarətinə keçər.

Pakistan eyni zamanda, terrorçu qruplaşmalarla əlaqəsi olmadığını təkid elir. Hindistan tərəf isə israr edir ki, ərazisinə atəş Pakistan təpəfdən açılıb. İslamabad ölkə ərazisində hər-hansı hərbləşdirilmiş terrorçu düşərgəsinin olduğunu da inkar edir. Həm də Pakistanda «Caiq-e Mühəmməd» adlı qruplaşma çoxdan qadağan olunub. Üstəlik, Pakistan rəsmi olaraq «İslam Respublikası» adlansa da parlament idarəçiliyinin qüvvədə olduğu «kübar» dövlətdir.

Pakistanın Baş naziri barədə müsbət rəylər səslənir. Onun barəsində keçmiş idmançı (kriket üzrə Pakistan yığma komandasının kapitanı və dünya çempionu olub) kimi rəylər səslənir. Onu da yaddan çıxartmaq lazım deyil ki, İmran Xan Oksford universitetinin məzunudur və orada fəlsəfə-politologiya istiqaməti üzrə təhsil alıb. Sonra o, «Təhrik-e-İnsaf» («Ədalət uğrunda hərəkat») partiyasını yaradıb. Partiya 2018-ci il parlament seçkilərində qalib gəlib.

İmran Xan gənclər və orta sinif arasında xeyli populyardır. Onun ideyaları kütlə arasında böyük dəstək tapır. Bu gün həm Pakistan hərbçiləri, həm də ölkənin mülki hakimiyyəti tandemdə fəaliyyət göstərir.

Pakistandan fərqli olaraq, Hindistanda müəyyən şovinist meyllər özünü açıq şəkildə görstərir. Hiss olunur ki, indiki və ümumiyyətlə, əvvəlki gərginliyin yaranmasında Hindistanda yayılan şovinist əhvalın həlledici rolu var.

O da var ki, Hindistanın Baş naziri Modi özu şovinist düşüncədən xali deyil - bu, danılmazdır. Bundan başqa, Hindistan özünü böyük dövlət hesab edir və bu gün ABŞ və Çinlə birlikdə böyük üçlüyə daxildir. Ona görə də düşünür ki, bu «şıltaqlıq»lar onun üçün bağışlanandır, üstəlik də bu gün onsuz da beynəlxalq sazişlər dağılmaqdadır...

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Elli 2019-03-11 08:31:48

Pakistanı dəstəkləyirik!

fikrət 2019-03-11 08:31:48

PAKİSTAN BİZƏ DOST VƏ QARDAŞ DÖVLƏTDİR BİZƏ HƏMİŞƏ PAKİSTAN KÖMƏK ƏLİNİ UZADİB VƏ İNDİDƏ HƏLƏ ERMƏNİSTANİ TANİMİR BİZ HƏMİŞƏ PAKİSTANİN YANİNDAYİQ VƏ BELƏDƏ OLMALİDİ YAŞASİN PAKİSTAN AZƏRBAYCAN QARDAŞLİQİ

Son yazılar