"Mançester Yunayted" "Arsenal"a məğlub olub

"Arsenal" İngiltərə Premyer Liqasının 30-cu turunun matçında "Mançester Yunayted" üzərində qələbə qazanıb. "Report" xəbər verir ki, Londonun "Emireyts" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri matçın 12-ci dəqiqəsində Qranit Cakın dəqiq zərbəsindən sonra, "Mançester Yunayted"in qapıçısının səhvindən yararlanaraq hesabda irəli çıxıblar. "Arsenal" ikinci hissənin 69-cu dəqiqəsində hakimin qonaqların qapısına penalti təyin etməsindən istifadə edərək üstünlüyü ikiqat artırıb. Per-Emerik Obameyanq 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

"Mançester Yunayted" matç zamanı bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı qazansa da, qol imkanlarını qaçırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar