Orxan Zeynalova rəsmi ittiham irəli sürüldü

Zeynalov ömürlük həbsə məhkum oluna bilər

Müstəntiqlər Orxan Zeynalova rəsmi ittiham irəli sürüblər. O, Yeqor Sherbakovun qətlində ittiham olunur.

Bunu RİTA-SİTA agentliyinə Baş İstintaq İdarəsinin nümayəndəsi Sergei Stukalov bildirib.

O deyib ki, “Zeynalova rəsmi ittiham tərcüməçinin və vəkilin iştirakı ilə təqdim olunub”.

İttiham sübut olunsa, Zeynalov ömürlük həbsə məhkum oluna bilər.

Orxan Zeynalov həbs olunanda verdiyi ifadədə özünü müdafiə məqsədilə Sherbakovu öldürdüyünü etiraf etsə də, sonradan məhkəmədə bu ifadədən imtina etdi və bildirdi ki, Sherbakovun ölümündə əli yoxdur.

Oktyabrın 10-da 25 yaşlı Sherbakov ürəyindən bıçaqlanaraq öldürülüb. Hadisədə əsas şahid hesab olunan Kseniya Popova qatilin Zeynalov olduğunu bildirir.

Oktybarın 18-də Moskva məhkəməsi “Novıe Çeremuşki” şirkətinin direktorlar şurasının sədri Magomed Churilovun həbsi barədə də qərar verib. Biryulevodakı Pokrovskaya tərəvəz bazasını bu şirkət idarə edir.

Biryulevo hadisələrinin ibtidai istintaqı başa çatana qədər Churilovun həbsə alınmasını məhkəmədən hüquq-mühafizə orqanları xahiş edirdi. O, 15 dekabra kimi həbsdə qalacaq.

Churilov Rusiyaya qeyri-qanuni miqrasiya təşkil etməkdə ittiham olunur.

“Novıe Çeremuşki” şirkətinin baş direktoru A.Hajiev də axtarışa verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar