Bakıda çimərlik yolu bağlanır

Novxanı istiqamətindəki yola yeni asfalt örtüyü çəkiləcək

Sabah Bakıda yenə yol bağlanır. Bu barədə Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə məlumat verib.

Novxanı istiqamətində yolun yeni asfalt örtüyünün çəkilməsilə əlaqədar Bakının kənar dairəvi yolla Bakı-Sumqayıt yolunun kəsişməsindən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından Lökbatan və yaxud Ələt-Astara istiqamətində olan hissəsi avtomobillərin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

“Son zamanlar iri tonajlı, ağır çəkili yük avtomobillərinin normadan bir neçə dəfə artıq daşıdığı yükün hesabına həmin yol üzrə nahamarlıq əmələ gəlib, yolun asfalt hissəsi yararsız vəziyyətə düşdüyü üçün qeyd edilən ərazidə məcburi olaraq yeni asfalt örtüyünün çəkilməsi zərurəti yaranıb”, - deyə Vaqif Əsədov bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, təxminən 1 həftə müddətində qeyd edilən kəsişmədən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Lökbatan və yaxud Ələt-Astara istiqamətində hərəkət edənlər alternativ yol kimi Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişən hisəsindən hərəkət etsinlər.

Vaqif Əsədov sürücülərə tövsiyə edib ki, bütün bunları nəzərə alıb, həmin ərazidə tıxacların, yol qəza hadisələrinin yaranmaması üçün əvvəlcədən getdikləri istiqaməti müəyyənləşdirinlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar