BAKI DÖVLƏT UNİVERSİTETİNİN YENİ REKTORU KİMDİR? – Sabiq nazirin oğludur...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elçin Səfəralı oğlu Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi.

E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

Prezidentin bu sərəncamını gözlənilməz adlandırmaq olar. Əvvəla, BDU-ya rektor təyinatı məsələsi demək olar ki, gündəmdə deyildi. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ilin 15 noyabrında akademik Abel Məhərrəmovu vəzifəsindən kənarlaşdırdıqdan sonra təhsil nazirinin müavini Firudin Qurbanov rektor əvəzi təyin olunmuşdu. Gözlənilirdi ki, elə F.Qurbanov özü rektor təyin olunacaq və ya ən azı bir xeyli müddət rektor səlahiyyətlərini icra edəcək.

İkincisi, BDU rektoru vəzifəsinə potensial namizədlər arasında E.Babayevin adı heç vaxt çəkilməmişdi. Ümumiyyətlə, kifayət qədər əhəmiyyətli vəzifə tutmasına baxmayaraq, cənab Babayev bugünkü təyinata qədər cəmiyyətdə tanınan fiqur deyildi.

Bəs Elçin Babayev kimdir və BDU rektoru kimi strateji posta kimin, hansı hakimiyyətdaxili qruplaşmanın dəstəyi sayəsində təyin olunub?

“AzPolitika” bu istiqamətdə kiçik araşdırma aparıb və dəqiqləşdirib ki, E.Quliyev Naxçıvanda kifayət qədər tanınmış və nüfuzlu ailənin övladıdır. Atası Səfəralı Babayev uzun illər yüksək vəzifələrdə - Naxçıvanda maarif naziri, Nazirlər Soveti sədrinin müavini və sair kimi vəzifələrdə çalışıb, MR-in deputatı olub. Dövlət işindən ayrıldıqdan sonra isə Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, dekan vəzifəsini tutub. MR əhalisi arasında böyük nüfuz sahibi olan S.Babayev mərhum prezident Heydər Əliyevlə çox yaxşı şəxsi münasibətlərə malik olub. Yəni E.Babayev hakim ailənin şəxsən tanıdığı ailənin övladıdır.

E.Babayev hər hansı hakimiyyətdaxili qruplaşmanın üzvü deyil və sırf öz bacarığına, yüksək intellektinə görə önə çəkilib. O, həmçinin kifayət qədər təmiz reputasiyalı, yüksək əxlaqlı və yüksək mədəniyyətli bir şəxsdir. Bunları da yeni rektoru yaxından tanıyan mənbələr deyir.

Ümid edirik ki, E.Babayev BDU-nun Abel Məhərrəmovdək və xüsusən də onun dövründə kirlənmiş reputasiyasını təmizləyə, bu ali təhsil ocağının itmiş nüfuzunu özünə qaytara biləcək.

Rasim ƏLİYEV

AzPolitika.info

***

Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi.

E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

635x100

Şərhlər

Ziyalıya 2019-03-12 00:07:25

Əvvəla hesabatın doğru deyil.Orada Naxçıvanlılar 5 nəfərdən çoxdur.Elə Baş nazirin özü!İkinci tərəfdən AZərbaycan 78 rayondan ibarətdir.38 nəfərin içərisində 5 naxçıvanlı olması ( hələ onların tutduğu vəzifələrin çəkisi bir yana ) ,yəni 5 : 38 x100_ 13.2 % çox deyilmi? Digər Nazirliklər,Komitələr, İcra aparatları,polis və prokurorluq bundan betər.Şərh yazanda öncə düşünmək faydalı olar.

Obyektiv 2019-03-12 00:07:25

..Bu insan (yeni rektor) ozu ziyaLi, bir shexsdir ve sonraki (tevazokar ve ya eksine) yanashmaLarini da zaman gosterer.. Ancaq yene de, meseLe bir kesden getmirdi, bezi terefLerin "regionperstLik prinsipLeri"nden gedirdi.. Chunki, eger uzden iraq qonshuLari misaL getirirsinizse, ele (bir chox tarixi merheLeLerde) onLar da bu "boshLugumuz"dan az istifade etmeyibLer!.. Oz daxiLi veziyyetimiz de goz qabaginda.. Beledirse, nechun onLardan misaL getiriLIrdi ki.. SehvLeri 1-ci oz icimizde axtarmaq Lazimdir..

Obyektiv 2019-03-12 00:07:25

Axi prichem burda ancaq eLe NazirLer Kabineti?! ) Mesele (regionperestLikLer yox, semimi birlik ve bir-birine qaygikesh hemreyLikden) bashqa bir fikirLerden gedir, siz de eLe yapishmisiniz NK-da kimse cemi 5 neferdir ve s.. ) Yaxshi ya eqoist olmaq uchun beyem, tek ele NK heyetinde oLmaq Lazim idi ki?..

Eliyar 2019-03-12 00:07:25

YERLIPERESTLIYI OLKEYE UMUMMILI LIDERIMIZ HEYDER ELIYEV GETIRMEYIB BU DEBI ILK DEFE OLKEYE AYAZ MUTELLIMOV GETIRMISDI.INDI HER ZONADAN VAR SADECE PROBLEM ONDADI KI DIGER BOLGELERDEN OLAN MEMURLARDAN HANSISA BIR QOHUMU KENCCISI YERLISI IS XAHIS ELIYENDE CIDDI YANASMIR ANCAQ NAXCIVANLI YERAZDAN ISTEYENDE DUZELTMESE BELE EN AZINNAN CALISIRKI YERLISINE YAXSILIQ ELESIN BUNUN NEYI PISDIKI. YERAZLARIN TOYUNA UZURUNE GELEN INSAN QEDER HEC NOU KAMPDA BARSELONANIN OYUNUNA O QEDER ADAM GETMIR

tağı 2019-03-12 00:07:25

Təyin olunan kadrların əsasən məlum bölgədən olmasını düzgün saymıram. Çünki savadlı kadrlar başqa bölgələrdə daha çoxdur.Yerlibazlıq, tayfabazlıq zənnimcə orta əsrlərə xasdır...Maraqlıdır bu adam haqqında heç kim müsbət rəy yazmayıb..

Müəllim 2019-03-12 00:07:25

Ölkədə kadr tapılmır.Bir adam eynizamanda 2 vəzifə daşıyıb.Həm Prezident aparatında ıcraçı direktor,Şamaxı Rəsədxanasında elmi işlər üzrə direktor müavini işləyib.Maraqlıdır hər iki vəzifə gündəlik yanaşma tələb etdiyi halda bu adam bir gündə həm Prezident aparatında və həm də amaxıda necə işləyib.Bunu bir düşünən varmı?İşsizlərin fontan etdiyi ölkədə bir şəxsin iki vəzifə tutması,iki maaş alması nə dərəcədə qanunidir?Elə buradan bəzi gözləntiləri təxmin etmək asandır.

AYRİM 2019-03-12 00:07:25

Azərbaycanliya- harda cətin iş var düz deyirsən eraznan naxcivanlıya tapşırılır. Məsələn Kərəm Həsənovun vəzifəsini ömrü boyu eraz idarə etməyib. Yaxud digər gundəlk pul gələn yer. Bınların şi müəlim, həkim yaxudda ki məclis işidir.

Ziyalı 2019-03-12 00:07:25

Ovyektiv və ya Doğruçuya. Yuxarıda yazmısız ki, bütün nazirLik və komitəLərə NaxçıvanLıLar rəhbər təyin oLunur, mən də yazmışam ki, Nazirlər Kabinetinin tərkibindəki 38 nəfərdən cəmi 5-i Naxçıvanlıdır. (https://cabmin.gov.az/az/page/56/) İndi kim doğruçudur hə??

Obyektiv 2019-03-12 00:07:25

Eshi, mesele bir bir sefer ebiyevden ya Huseyn Bagirovdan ve ya tek 1-2 naxshivanLidan getmirdi ee.. her yerin yaxshisi da var, pisi de.. Sohbet iLLerin regionperestLiyinden gedirdi ki, bu veziyyeti getirib bu hedde chixardibLar!.. Bir chox bezi qurumLar kimi, BDU da straneji muessisedir.. Orada (heLeLik) rektor evezi var idi, deyiLene gore de heLe teyinat gozLeniLmirdi,, MaraqLidir, ne uchun bu teyinat mehz Xanim seferde olanda bash verdi?.. )) Umid edek ki, teki yaxshi Olsun..

C.D-yə yazana. 2019-03-12 00:07:25

Qubalı nazir istəyirsiniz deyim. Qubalı nazir var idi, sabiq Ekologiya naziri, H.Bağırov. Vəzifədən çıxandan sonra bilindi ki Avropanın bütün ölkələrində biznesi var. Səfər Əbiyev də Bakı şəhərində anadan olmuşdu. Əslən Qubadan idi. Ümid edirəm başa düşdünüz.

O.B.N 2019-03-12 00:07:25

Sovet dövründə ruslar azərbaycan millətinə etibar etmirdi,ona görə hər idarəyə,rayona mütləq başqa millətin nümayəndəsin əsasən erməniləri təyin edirdi,onlarda əl-ələ verib öləkəni talan edirdilər və yerli xalqdan varlı yaşayırdılar.Bu pisxalogiya hələdə hakim partiyada qalıb.Öz hakimiyyətini qorumaq üçün bu yolu seçib,bu üsül heç Sovet hakimiyyətinədə xoşbəxtlik gətirmədi.HərZavod-fabrika birin təyin etdilər,onlarda söküb satdılar,nəticədə hamı kimi sadə erənistanlıda,naxçıvanlıda işsiz qaldı.

t.ədalət 2019-03-12 00:07:25

Başqa bölgələrdən də nazir qoyurlar.Bu şərtlə ki ... olsun.

t.ədalət 2019-03-12 00:07:25

Bu da Naxçıvanlı.Görəsən Azərbaycanın digər bölgələrində layiqli kadrlar yoxdur?Axı,bu adamların ciddi narazılığına səbəb olur.Yeni yaradılan sosial-tədqiqatlar mərkəzi hara baxır?

Cəmşid Dərəyəliyə 2019-03-12 00:07:25

Niyə yalan yazırsan.Bütün tarix boyu Ermənistan erməniləri Qarabağ erməniləri lə həmrəy olmayıblar və qarabağ ermənilərindən zəhlələri gedib.Bunu hamı bilir.Qaldı ki, Naxçıvanlı və Eraz bu çox biabırçı halalıb.Çünki Azərbaycan bu iki tayfadan ibarət deyil.Bunu Heydər Əliyev dəbə saldı.Bur nəfər Bakılı və ya qubalı nazir,nazir müavini,icra başçısı, göstərə bilərsənmi?Bakıda toplaşmış Naxçıvanlıların çoxu da keçmiş Erazlardır!Bunu hamı bilir və görür.Bu anormallıqdır!

Sakit 2019-03-12 00:07:25

E.Babayevin bu təyinatı xalqa rəzalətdir.Yəni bu respublikada bir dənə də olsun normal adam tapılmadı?Bu onu göstərir ki, bu rejimin kadr potensialı tam tükənib.Nə vaxta qədər biz xalq olaraq bu təhqirlərə dözəcəyik? Görun dağılsın ay Leylin...

Ziyali ve Cəmşid Dərələyəzlye 2019-03-12 00:07:25

Evvel bir sherhi tam menasi ile oxuyun sonra (dolayi ya birbasha) "yerLibazLiga" kechmek..! Adamin dediyi de ele odur ki, regionbazliga yol vermeyek, semimi bir olaq.. Evvala, hemin yoldashin yaxshi bir shexs olmagina shubhe edilmedi.. Ozunuz ermenistandaki birlikden deyirsiniz, ancaq orada "hayest.." deyen sonra vezifeye kechende bashqa rayon ya sheherden olan milletine "yadLiq" eleyerdi ki?.. Naxcivanli ya ermenistanli milletimiz "Camaatın gözünə şiş olub batmayib"! Sadece vezifeye kecen deyishilib..

Ziyalı 2019-03-12 00:07:25

Azərbaycanlı və Dogrucuya. Camaatın gözünə niyə Naxçıvanlılar şiş olub batır ki? Naxçıvanlıların vəzifələrdə üstünlüyü 90-cı illərdə qaldı. Nazirlər Kabinetinin tərkibindəki 38 nəfərdən cəmi 5-i Naxçıvanlıdır. Linkə baxın, kor gözlər həqiqəti görsün: https://cabmin.gov.az/az/page/56/

Cəmşid Dərələyəzli 2019-03-12 00:07:25

Öncə Elçin müəllimi bir Dərələyəzli və ailəsini yaxından tanıyan bir kişi olaraq, təbrik edir və cənab Prezidentin etimadını doğruldacağına əminliyimi bilditrirəm.. Qaldı bu təyinatla bağlı şərhçilərin fikirlərinə, gəlin ölkəni hisssəciklərə, Naxçıvanlıya, Ermənistanlıya, Gəcəliyə bölmək prinsipindən əl çəkək. Onsuzda vətən qalmayıb. Lütfən gəlin bölünməyək, parçalanmayaq. Yetər artıq bununla düşmən dəyirmanlarına su tökdüyümüz. İlk 30 yaşıma kimi vətənimdə ( indiki Ermənistanda) yaşadım. Heç bir zaman tarixən düşmən obrazında çıxış edən ermənilərin bir -birlərini ərazi və bölgə ilə tanıtım etmək cəhdləri ilə rastlaşmadım. Yalnızca “hayem” erməniyəm kəlməsini eşitdik. Bir də görəvə verilənin kimliyi təmiz olsun, Mayası ayran olmasın. Keçmişdə hansı bölgədən olmmasından asılı olmayaraq mayası ayran olub, etimadı doğrultmayan nakəslərlə bir mahalı, bir bölgəni omların timsalında qaralamaq olmaz. Qaldı Elçin müəllimə, qayəsi də Mayası da bəlli bir kişinin müdirik bir el ağsaqqalı Səfəralı müəllimin oğludur. Xeyirli, uğurlu olsun.

Göyəzən 2019-03-12 00:07:25

harda vəzifə boşalan kimi ya .... belə nə qədər davam edəcək. biz də ki......

Dogrucu 2019-03-12 00:07:25

Belke de mehz bu yaxshi insandir.. Ancaq day ne qeder olar, ancaq naxicivan dairesi??! Onsuz da, insanLar iLLerdir bu haLLarin agri-acisindan heLe de ozLerine geLe biLmeyib.. Beledise, ele birdefeLik Bakidaki butun bash idareLeri de Naxcivana kocursunLer, oLsun kompLeks heLL yoLu! )) BeLe ayriseckiLikLer hech dogru haL oLmayib.. derinden baxanda bu hech naxchivanLi hemvetenLiLerimize de nufuz getirmirdi ki, eksine gozden saLirdi!.. Her sheyin bir heddi vardi.. (

Əli 2019-03-12 00:07:25

İrəlidə Abel Məhərrəmov nümunəsi var Nə istəyirsən et Varlan sonunda da kefinə dəyən olmayacaq

Azərbaycanlı 2019-03-12 00:07:25

... Bunlar Naxçıvanı boşaldıb Bakıya doluşublar.Azərbaycan Naxçıvanlı və YerAz-danmı ibarətdir?Bu biabırçılığın sonu olacaqmı?Axtarsanız Naxçıvanlı dediklərinin də çoxu ErAz-dır.Sadəcə əvvəllər (1915-1948 və sonra) Naxçıvana gələnlərdəndirlər.

v,q, 2019-03-12 00:07:25

esas odur ki,naxchivanlidir.

Moshu 2019-03-12 00:07:25

"Azərbaycanlı" çox düzgün

Moshu 2019-03-12 00:07:25

Mənim Naxçıvanlılarla da, Ermənistanlılarla da çox gözəl münasibətlərim var,hətta onlara qohumluğum da çatır."Azərbaycanlı"nın fikirləri ilə tam razıyam. 10 milyon əhalisi olan ölkə tək Naxçıvanlılardan və Ermənistanlılarda ibarət deyil. Biz hamımız bu millətin övladlarıyıq. Bir evdə, ailədə valideyn tərəfindən övladlara qarşı fərqli münasibət həm valideynə qarşı, həm də övladlar arasında qarşılıqlı nifrət yaradır. Özünüz təhlil edin. Gömrük Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və bir sıra Nazirlik və Komitələrin birinci şəxsləri ya Naxçıvan, ya da Ermənistandan olan nümayəndələrdən ibarətdir. Təsəvvür edin, 70-80 rayon mövcud olduğu halda bunların əksəriyyətinin nümayəndələri yüksək postlarda təmsil olunmayıblar. Rus dilində bunu “Круговая порука» adlandırırlar. Bura kafe, restoran deyil, bu səbəbdə nə bizdə dövlətçilik ənənələri mövcud deyil. Ona görə də iqtisadiyyatımız da, sosial həyatımız da, siyasətimiz də belə “inkişaf” edib. Bu məsələlərə də bir əncam çəkilməsə, xalqın gələcəyini təsəvvür etmək o qədər də çətin deyil. Bəyənmədiyimiz Sovetlərin belə prinsipləri var idi: “Kadrlar hər şeyi həll edir” və “Yaşasın kommunistlərlə bitərəflərin sarsılmaz birliyi”. Gorun çatlasın ay Məşədi Kazım, hardasan?

AYZEK 2019-03-12 00:07:25

BDU ELƏ BİR YERDİR Kİ ORA DÜŞƏN ADAM HÖKMƏN NƏYƏSƏ BULAŞMALIDIR.ELÇİN QAĞA MİSİRƏ, ABELƏ RƏHMƏT OXUTDURMAĞA GƏLİB! İNŞAALLAH, GÖRƏCƏKSİZ!

Moshu 2019-03-12 00:07:25

Yəqin ki, çoxlarınız türk serialı "Kaybolmuş yıllar" filmini xatırlayır. Filmdəki ölüm-itim, cinayət hadisələri hamının xatirindədir. Elə fikir formalaşır ki,bunların hamısının başında dövlət, onun nümayəndələri, güc strukturları dayanır. Lakin filmin sonunda məlum olur ki, bütün neqativ halların başında adi bir pinəçi, adamın ağlına gəlməyən biri dayanıb.

vətəndaş 2019-03-12 00:07:25

Bir kasıbın balasını yüksək vəzifəyə təyin edərlərmi ?

Son yazılar