“DÖVLƏT MİLYONERİN UŞAĞINA NİYƏ PUL VERMƏLİDİR?!” - Hadı Rəcəbli

İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib.

Mərkəzin rəhbəri Vüqar Bayramov Modern.az-a bildirib ki, təklif edilən mexanizmə görə, uşaqpulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir: “3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. Hazırda bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaqpulunun məbləği 50 milyon 752 min manat edir”.

V.Bayramovun sözlərinə görə, digər differensial uşaqpulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir: “Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.

Digər uşaqpulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaqpulu məbləği 58 milyon 512 min manat edir”.

Ekspert qeyd edib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaqpulunun məbləği 135 milyon 104 min manat edir ki, bu da illik 1 milyard 612 milyon manat deməkdir.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a deyib ki, bu gün 18 yaşadək olanlar üçün uşaqpulunun bərpası gündəmdə deyil: “Ünvanlı yardımın uşaqpulu ilə əvəz olunması mexanizmini üzərində iş getmir. Bildiyiniz kimi, mən hər dəfə parlamentin iclaslarında 3 yaşadək uşaqlar üçün uşaqpulunun artırılması təkliflərini səsləndirmişəm. Və hər zaman dediyim odur ki, 4 və daha çox övladı olanlar çoxuşaqlı hesab olunsunlar.

Prezident çoxuşaqlı ailələrələ müavinət ayırdı, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat veriləcək. Uşaqpulu ilə bağlı bəzi məsələlər var”.

H.Rəcəbli bildirib ki, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaqpulu verilməsi doğru deyil:

“Bu belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. Milyonerin uşağına niyə dövlət uşaqpulu verməlidir?! Belə olan təqdirdə ünvanlılıq pozular.

3 yaşadək uşaqlara görə uşaqpulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.

Komitə sədri qeyd edib ki, uşaqpulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur.

635x100

Şərhlər

Pensiyaçı 2019-03-11 17:23:33

....Ondan ağıllı təklif gözləmək tapılmayan əşyanı axtarmağa bənzəyir.Belə adamları ortaya çıxarmaqla onsuz da gərgin əsəb stresində olanları daha da qıcıqlandırır.Öz biznesi,əmlakları ilə məşğul olmaqdan daha onun başı işləmir.O insanların vəziyyəti ilə nə zaman maraqlanıb ki? Gic-gic təklifləri olə hamının nifrətini qazanıb.Allah lənət etsin!

Kərəm 2019-03-11 17:23:33

ÖĞRU TALANÇI MƏMURLAR MİLLƏTƏ QƏPİK QURUŞ,ÇÖRƏK PULU VERMƏYƏ DƏ ƏZİYYƏT ÇƏKİRLƏR.

Vuqar 2019-03-11 17:23:33

dunyada bizim sayimizin artmasindan əksinə sevinmək və bunun üçün münbit şərait lazımdır ay millət vəkilləri.qurunun yerinə yaş yanmamalıdır.1-2 milyonerə görə sadə adamların pulunu kəsməyin.gəlir vergisinə də baxin.az maaş alanların vergisini azaltmaq lazımdir.AZərbaycanlılarımızın sayının artması naminə işlər görmək lazımdır

AZER 2019-03-11 17:23:33

sizin xəbəriniz yoxdur kinormal uşaq dünyaya gətirmək üçün nə qədər xərc lazımdır.sizinçün hamısı havayıdır.qadinın və uşağın normal qidalanması lazımdir.Ətrafimizda nə qədər gənc var ki evləniblər necə illərdir övladları olmur.Çox böyük dəhşətlı poblemdir.siz heç bunun fərqindəsizmi BU insanlara təcili köməkolmalıdir hokumət tərəfindən .HAMİLƏ QADİNLARIN TİBBİ BAXIŞLARI HAMISI BÖYÜK XƏRC TƏLƏB EDİR

VƏTƏNDAŞ 2019-03-11 17:23:33

Əhalimizin sayının artması niyə sizi qorxudur ay Hadi müəllim.indiki zamanda əksinə elə güzəştlət olmalıdır ki əhalimizin sayi artsin.Sonra gec olacaq.yaxşı milyonerə uşaq pulu vermək istəmirsən 600-700 manata qədər əməkhaqqə alanlara ver uşaq pulunu.Onsuz da milyonerlər 1 uşaqnan kifayətlənirlər.3uşaq olanlara da güzəştlər edilsə yaxşı olar.Azərbaycanlılıarın artımı niyə sizi sevindirmir .onsuz da indiki zamanda sağlam uşaq dunyaya gətirmək böyük problemdir.nə qədər gec deyil tələsmək lazımdır

fikrət 2019-03-11 17:23:33

Hadi birincisi milyaner hec vaxt özünü alcaldib sənin o 80 manatini ğötürməz ikincisi cox danişa bilərəm amma susuram niyə ? Demək istiyirəmki 80 manati nəsə hər uşaqa 400 yada 500 verməlidilər cünki cəbhədə ölən vuruşan kasibin uşaqidi bildiz ay !!!!!

Sosial Edalet 2019-03-11 17:23:33

Cavabsiz sualdir! Azerbaycan Sosial R musteqil elan edilende resmen milyoner yoxdu. Yeni dovlet de resmen xalqin nisbeten beraber mulki payini qaytarib Sosializmden imtina etmeyib? Total Kapitalizm de siravi isciye yuksek emek ve ehaliye mulki huquqi teminatlari vere bilmir?

Mahir 2019-03-11 17:23:33

milyonerlər sizsiniz. Məmurlar deputatlar. Hər şey sizindir. Deputatın hansını tərpədirlər yüz milyonluq kapitalı var. Yanında neçə tikinti şirkəti zavodu klinikası şadlıq evləri ona deputatlar var? Əsas əhali acdır yoxsullaşıb çörək puluna möhtac olan insanlar var. Uşaq pulu onlara lazımdır.

Vetendash 2019-03-11 17:23:33

Hadi muellimin her dediyi bir sensasiyadir. Belke de bir neche gun sonra deyecek ki bu fikirler mene aid deyil. Hadi muellim sen ne desen de tarix oz bildiyini yazacaq...

veten dashı 2019-03-11 17:23:33

1 yaşından -10 yasınadək uşağı olan qardaşımın ailəsinə ünvanlı sosial yardım vermədilər ki ,sən 1500 azn kredit götürüb onu ödəmisən.Halbuki bu kredit müəllimə işləyən bacısının köməyi ilə ödənmişdi.Qardaşım isə 2-ci qurup əlil idi.Neftin pulundan millətə bir şey vermirsiz hec olmasa bu uşaqlara (kənddə yaşayırlar) bir shey verin.Razıyam valideyn sahibkardı və ya 500.0 Azn-dən cox əmək haqqı alirsa bəlkə də ona verməmək olar.Bu deptatin deməyindən belə cıxır ki ,20 faizin hesabına 80 faiz səfalətə ....

Dadas kisi 2019-03-11 17:23:33

Malades H.Recebli bax yavas-yavas dogru danisirsan ,bele damissan seni niye soysunler ki.

Bashirov Qarib 2019-03-11 17:23:33

Nə qədər ki,Hadı Rəcıblini ora qoyublar,heç vaxt razı olmaz,xalqın xeyrinə bir qərar verilsin. Özu də bunu gizlətmir.Prezident minimum maaşları qaldıranda etiraf etdi ki,mən çalışırdım ki,143 man. olsun,amma,prezident gözləmədiyimiz halda 180man. qərar verdi.Bu artım həddindən artıq oldu.Kim deyir ki, uşaq pulu hamıya verilsin,İşləməyən,acından ölən uşaqlara verilsin.Mən ailə tanıyıram ki,uşagına çörəyi belə, qənaətlə verir ki, acından ölməsin.Mən inanıram ki, Hadı muəllim mutləq buna imkan verməyəcək.

EJDER 2019-03-11 17:23:33

BIZDE RESMI MILYENER VAR...HIYYY...BU HACIDAYI WEKIDE ...SONRA,BAWUN ... LUKAWENKO CANI.ACINDAN OLEN ERMENISTAN HAVAYI ISTI YEMEK VERIR,WAGIRDLERE...PENSIYANIN VAXTI COXDAN KECIB.NAQIL YETER

VƏTƏNDAŞ 2019-03-11 17:23:33

Hadi müəllim.Gəiir vergisi 14 faiz coxdur.ona görə də heç olmas a 600-700 manat maaş alanların gəlir vergisi 14 -dən 5-6 faizə endirilməlidir.nəzərə alsaq ki gələnildə 2 faiz də tibbi sığortaya ayirmalar olacaq.bu çox böyuk rəqəmdir bunu nəzərə alın.

pensiyaçı 2019-03-11 17:23:33

BU adam özünün xalqa düşmən oldu]unu dəfələrləöz düşüncəsizz rəyləri ilə sübut edib.Ölkədəki milyonerlər Sizin milyoner etdiyiniz,rüşvət və korrupsiya ilə varlananlardır.Yerdə qalan milyonlarla yaşam əziyyəti çəkən azərbaycanlı ilələri,hansı ki,uşağını normal qidalandıra,təhsil və uşaq baxçası məsrəflərini ödəmək iqtidarında olmayanları düşünə bilirsənmi? ... hesabatlarınla pensiyaçıları,müavinətlə yaşayanları rəzil günə saldığından,özün tox,digərləri ac yatan uşaqlardan xəbərin varmı ay...!

Şamaxılı 2019-03-11 17:23:33

Bu Millət vəkilinin əhalinin hazırkı vəziyyətindən əsla xəbəri yoxdur.Bəsdir Hadının belə danışdığı.Üzümü onu Milli Məclisə seçən seçicilərə tutub demək istiyirəm ki onu geri çağıraraq onun deputatlığına son qoysunlar.Bu necə millət vəkilidi ki millətin xeyrinə olan işlərin əleyhinə danışır....

Veteran 2019-03-11 17:23:33

Yene acdi da kisesinin agzini

t.ədalət 2019-03-11 17:23:33

Hadı, bu uşaqlar(yəni, oğlanlar) böyüyəndən sonra əvəzi ödənilməyən hərbi xidmətə çağırılır.İndi ölkədə hər şeyin alınıb-satıldığı bir vaxtda valideyn öz uşağını min bir zillətlə böyüdür.Tibbi xidmət pullu,yol pullu,təhsil pullu--hansını sadalayaq?Sənin tonlarla qızılın var.Elə Şəkidən Azərbaycanın büdcəsi qədər sərvət toplamısan.... elə bir həddə qalxmışdı ki,hətta Bəxtiyar Vahabzadə yuxarılara şikasyət etmişdi.Nə istəyirsən bu xalqdan?ermənilər torpaqlarımızı işğal edib ,sən də..

Saxavat 2019-03-11 17:23:33

Hadi bey chalish bilmediyin ishlere mudaxile etme Xalqin hormrtini iotirmisen Fikrinizce millet surunmelidir SEN ise milyardlarla keyf chekesen Bilirsenmi XALQ .... Ehtiyatli ol menimsediyin emlak;lar .... Danishma SUSSSSSS

Son yazılar