BMT Baş katibinin köməkçisi Azərbaycana gəlir

Sabah BMT Baş katibinin köməkçisi xanım Miryana Spolyariç Egger Azərbaycana gələcək.

UNDP-dən "Report"a verilən məlumata görə, BMT İnkişaf Proqramının (BMT İP) rəhbərinin müavini və qurumun Avropa və MDB üzrə regional bürosunun direktoru üç gün davam edəcək səfər çərçivəsində məşğulluq, ətraf mühitin mühafizəsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi və şəhərlərin dayanıqlılığı kimi əsas sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə hökumət rəsmiləri, bir sıra nazirliklərin rəhbərləri ilə görüşlər keçirəcək.

M.Egger həmçinin Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışında iştirak edəcək və vətəndaşlara dövlət xidmətlərinin və özəl sektor xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunduğu “ASAN xidmət” mərkəzinə baş çəkəcək. Eyni zamanda “Yeni xarici siyasət” mövzusunda VII Qlobal Bakı Forumunda iştirak edəcək və Yer Kürəsi İnstitutunun nümayəndəsi Ceffri Saks və BMT İP-nin keçmiş rəhbəri Helen Klarkla eyni panel sessiyasında dayanıqlı inkişafa keçidin siyasi-iqtisadi aspektlərini müzakirə edəcək.

BMT rəsmisi həm də Azərbaycanda ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində BMT İP-nin ənənəvi olaraq hər il təşkil etdiyi əsas tədbirlərdən biri olan 6-cı Regional İnternet İdarəçiliyi Forumunda açılış nitqi söyləyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar