Estoniya Rusiyaya qarşı torpaq iddiası qaldırır

Estoniya Konservativ Xalq Partiyasının üzvləri İvanqorod şəhərinin Rusiyadan geri alınması tələbini qaldıra bilərlər.Trud.ru-nun məlumatına görə bu barədə partiya rəsmiləri bəyanat yayıblar.

Əsası hələ 1492-cı ildə Knyaz İvan Vasilyeviç tərəfindən qoyulmuş İvanqorod dəfələrlə əldən-ələ keçib. Şəhər 1919-1940-cı illər ərzində Estoniyanın ərazi vahidi olub.

“Rusiya bu şəhəri bizim əlimizdən güc yolu ilə alıb. Biz onu güc yolu ilə qaytara bilmərik. Lakin biz 50 il müstəqilliyimizin bərpa olunmasını gözləmişik, yenə gözləyə bilərik. Ola bilsin ki, biz bu şəhəri yenidən geri qaytara bildik. Sərhədləri dəyişmək üçün ümumxalq səsverməsi keçirilməlidir ki, konstitusiyaya dəyişiklik edilsin”, - deyə partiya sədri Xenn Pılluaas bildirib.

Rusiya tərəfi hələ ki, məsələyə rəsmi münasibət bildirməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar