“Öz üzərində çalışan, möhkəm xarakterli və intizamlıdır” – Ekspert yeni rektor haqda

“Bu gün Prezident İlham Əliyev Elçin Babayevi Bakı Dövlət Universitetinə rektor təyin etdi. Onu çox yaxşı tanıyıram”.

“AzPolitika.info”nun məlumatına görə, təhsil eksperti Etibar Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunması barədə Prezident İlham Əliyevin sərəncamını dəyərləndirərkən bunları deyib.

E.Əliyev yeni rektoru yaxından tanıdığını bildirib: “1981-86-cı illərdə E.Babayevlə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxumuşuq. Sonra təyinatla Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində işləmişik. Onun psixoloji portretini belə cızardım: öz üzərində çalışan, möhkəm xarakterli və intizamlıdır. Hər halda ona çox böyük vəzifə həvalə olunub. Universitetin tarixində yaxşı rektor kimi qalmaq şansı var. Bu şansı itirməməlidir. Bununla yanaşı bu il Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. 100 yaşlı Universitetin rektoru üzərində bu tarixin də məsuliyyətini hiss etməlidir.

Onun 100 gününü isə mütləq təhlil edəcəm. Tələbə yoldaşımızı təbrik edir, ona uğurlar arzulayıram”.

V.Nəsibov

635x100

Şərhlər

Gülşən Novruzova 2019-03-12 08:06:14

Tamamilə haqlısınız Etibar müəllim! Elçin Babayev layiqli kadrdır. Düşünürəm ki, İşinin öhdəsindən layiqincə gələcəkdir

Son yazılar