İcra başçısının oğlu qəza törətdi

Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun oğlu qəza törədib.

Bu barədə Mia.az-a məlumat verən şəxs deyib ki, başçının oğlu Emin Camalov yol polisi əməkdaşıdır. E.Camalovun DYP avtomobilində qəza törətdiyi bildirilir.

Mia.az-ı bilgiləndirən şəxs qeyd edib ki, qəza zamanı xəsarət alan da olub. Hadisəni ört-basdır etmək üçün dərhal yeni avtomolin alindiği da bildirilir.

Məsələylə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar