«S-400 sistemlərini digər ölkələrə satmaq fikrində deyilik» - Türkiyə bəyan edib

«AzPolitika.info» Türkiyə KİV-nə istinadla xəbər verir ki, qardaş ölkə Rusiyadan alınacaq S-400 raket sistemlərini digər ölkəyə satmaq fikrində deyil. Bu barədə bazar ertəsi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bəyan edib.

«Bu sistemləri Rusiya istehsal edir. Biz onları alırıq və digər ölkəyə satmağa hazırlaşmırıq. Biz, pul ödəyirik, iki batareyanı almışıq, iyul ayında onların göndərilməsini gözləyirik» - deyə, «Yeni Şəfəq» qəzeti ondan sitat gətirir.

Bundan əvvəl, bazar ertəsi Çelik həm də bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) artıq öz şərhədlərində Ankaranın Rusiyadan S-400 alması məsələsinə yönəlik «qırmızı xətti» keçib.

2016-cı ilin noyabrında Türkiyə ilə Rusiya arasında S-400 sistemlərinin alqı-satqısı barədə danışıqların getdiyi məlum oldu. 2017-ci ilin sentyabrında Rusiya tərəfi kontraktın imzalandığını təsdiqlədi. Elə o zaman Türkiyə prezidenti Ərdoğan xəbər verdi ki, kontrakt üzrə avans artıq ödənilib.

2018-ci il iyun ayının ortalarında hərbi-diplomatik mənbə «TASS» agentliyinə bildirib ki, Rusiyanın müdafiə sənayesi kompleksi (MSK) 2019-cu ilin mayında Türkiyəyə tədarük etmək üçün S-400 raket sistemlərinin istehsalını başa çatdırmaq barədə tapşırıq alıb.

ABŞ Türkiyənin Rusiyadan S-400 sistemləri almaq niyyətinə fəal şəkildə mane olmaq cəhdləri göstərir. Bundan əvvəl Vaşinqton Ankaraya xəbərdarlıq edib ki, Moskvadan bu sistemləri alacağı təqdirdə, ABŞ ona beşinci nəsil F-35 qırıcılarını verməkdən imtina edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar